Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-20 13:36:00
10 mindən çox abituriyent ərizəsini təsdiqlədi - I qrup liderdir

Bu dəqiqələrə olan göstəricilərə görə, ali məktəblərə qəbul olunmaq üçün I-IV ixtisas qrupları üzrə ümumilikdə, 11.436 nəfər ərizəsini təsdiq edib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər. Ərizəsini təsdiq edənlərin arasında I ixtisas qrupunun abituriyentləri üstünlük təşkil edir.

Azərbaycan bölməsində:

I ixtisas qrupu üzrə 3832, rus bölməsi üzrə isə 547 nəfər;

II ixtisas qrupu üzrə  2064, rus bölməsi üzrə isə 377 nəfər;

III ixtisas qrupu üzrə 3310, rus bölməsi üzrə 334 nəfər;

IV ixtisas qrupu üzrə 731, rus bölməsi üzrə isə 137 nəfər ərizəsini təsdiqləyib.

V qrup üzrə ümumilikdə 6656 nəfər ərizəsini təsdiqləyib.

Yay qəbul imtahanlarında isə 4 ixtisas qrupu üzrə cəmi 104 nəfər qeydiyyatdan keçib.

Qeyd edək ki, sənəd qəbulu aprelin 15-nə qədər davam edəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları