Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-20 09:00:00
Rezidentura təhsilində ixtisasların sayı artırıldı -RƏSMİ

Nazirlər Kabinetinin qərarı ilə “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nda dəyişikliklər edilib.

AzEdu.az-ın məlumatına görə, müvafiq qərara əsasən bir sıra ixtisasların adı dəyişdirilib: “Terapiya” “Daxili xəstəliklər” sözləri ilə, “Allerqologiya” “Allerqologiya və immunologiya”, “Mikrobiologiya” “Tibbi mikrobiologiya” və “Genetika” sözü “Tibbi genetika” sözləri ilə əvəz edilib.

Bundan başqa, ixtisasların sayı artırılıb, tədris müddəti müəyyən olunub. Belə ki, "Ailə təbabəti" ixtisası 2 il, "Endodontiya", "Parodontologiya", "Restorativ stomatologiya", "Ortopedik stomatologiya", "Uşaq stomatologiyası", "Ortodontiya", "Uşaq və yeniyetmə psixiatriyası" 3 il, "Nüvə təbabəti", "Neonatologiya", "Uşaq endokrinologiyası", "Uşaq kardiologiyası", "Uşaq nefrologiyası", "Uşaq nevrologiyası", "Uşaq qastroenterologiyası", "Uşaq yoluxucu xəstəlikləri" 4 il, "Uşaq urologiyası", "Uşaq ürək-damar cərrahiyyəsi" ixtisası isə 5 il müddətinə tədris olunacaq.