Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-20 09:31:00
Abituriyent ixtisas seçimi edərkən nələrə diqqət etməlidir? -Vacib məqamlar

2019-сu ildə yeni model əsasında keçiriləcək qəbul imtahanlarıyla bağlı sosial şəbəkələrdə müxtəlif istiqamətlər üzrə müzakirələr aparılır.

Abituriyentləri və valideynləri ən çox maraqlandıran suallardan biri, bu il qəbul imtahanlarında formalaşacaq keçid balları ilə əlaqədardır. 

Dövlət İmtahan Mərkəzi tərəfindən 2018-ci ildə ixtisaslar üzrə keçid ballarının "Abituriyent" jurnalının 2-ci nömrəsində çap olunması şagirdlərdə mövzuyla bağlı sualların yaranmasına səbəb olub. Ötən illə müqayisədə, bu il müsabiqə şərtləri dəyişdiyindən, ixtisas seçimi edərkən 2018-ci ildə formalaşan balların əhəmiyyətli olub-olmaması qeyri-müəyyən olaraq qalır.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a ixtisas seçimi edərkən abituriyentin diqqət etməli olduğu məqamlar açıqlanıb.

Məlumatda qeyd olunur ki, keçid balı müsabiqə nəticəsində hər hansı ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən bir ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olaraq formalaşır. 

Abituriyent ixtisas seçimi edərkən öz istəyi ilə yanaşı, mövcud müsabiqə vəziyyətinin reallıqlarını-ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasını, öz imtahan nəticəsinin bu sıralamadakı yerini, həmçinin ötən illər formalaşmış keçid ballarını nəzərə alması onun seçiminin uğurlu olmasına müsbət təsir edə bilər. DİM tərəfindən abituriyentlərə ixtisas seçimində kömək məqsədilə vəsaitlər nəşr olunacaq.

Qeyd edək ki,ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər elektron ərizələrini 15 aprelə qədər təsdiq edə bilərlər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları