Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-19 17:04:29
Müəllimlərə şad xəbər!- Yaxın saatlarda maaşlarınız kartınıza köçürüləcək

Bu gün ölkəmizdə ilaxır çərşənbə qeyd edilir. Qarşıdan isə Novruz bayramı gəlir. Bu münasibətlə demək olar ki, ölkədə bütün sosial ödənişlər, pensiyalar vətəndaşların hesabına köçürülüb.

AzEdu.az xəbər verir ki, Bizimyol.info ölkədə müəllimlərin çoxluğunu nəzərə alaraq onların əmək haqlarının bayrama qədər hesablarına köçüb köçməyəcəyi ilə bağlı araşdırma edib. Müəyyən olunub ki, yaxın saatlarda bütün müəllimlərin maaşları hesablarına keçiriləcək.

Saytımız bir çox orta məktəblərin mühasibatlığı ilə əlaqə saxlayıb. Məlumat verilib ki, “yaxın saatlarda bütün orta məktəb müəllimlərinin maaşları hesablarına köçürüləcək.”