Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-19 13:35:00
“Nobel qardaşlarının ilk uğuru” filmi ilk baxış Kann festivalında  

Dünyada məşhur olan Nobel qardaşları gəlirlərinin əsas hissəsini Bakı neftindən əldə etməsini çox az adam birilir. “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi 40 ölkədə 100-dən artıq beynəlxalq festivallara göndəriləcək. “Nobel qardaşlarının ilk uğuru” filminə ilk baxış Kannda olacaq.

Bu barədə filmin quruluşçu rejissoru və baş prodüsseri Cəlaləddin Qasımov məlumat verib. O, bildirib ki, Nobel qardaşlarının ilk uğuru” filmi ilkin baxış üçün Kannda bu gün qeydiyyatdan keçib.Filmin istehsalı 17 mart 2019-cu ildə başa çatıb

Bu il 72-ci Kann festivalına 4-cü filmimiz də baxış üçün qeydiyyatdan keçdi:
“Şollerin arxivi” bədii filmi 19LM0381 qeydiyyat kodu ilə,

“Edam günü” bədii filmi 19LM0382 qeydiyyat kodu ilə, 

“Stalinin qaranlıq keçmişi” sənədli filmi 19CM4576 qeydiyyat kodu ilə,

Nobel qardaşlarının ilk uğuru” sənədli filmi 19CM4575 qeydiyyat kodu ilə.

Cəlaləddin Qasımov deyib ki, festivala filmlərin qəbulu martın 7-də dayandırılsa da, “Nobel qardaşlarının ilk uğuru” filmi martın 18-də iştirakçı kimi qeydə alınıb ki, bu da onlara olan etimadın göstəricisidir.   
Sənədli filimin redaktoru Əkbər Qoşalı, qrafika ustası Xaqani Mammadovdur. Mətni Eldost Bayram oxuyub.

Nobel qardaşlarının Azərbaycanda geniş fəaliyyəti olub. Nobel qardaşları gəlirlərinin əsas hissəsini Bakı neftindən əldə etmişdi. Nobel qardaşlarından  Robert Nobel Azərbaycana qoz ağacı axtarmağa gəlir. Lakin Bakı neftini görür və “Nobel qardaşları” firmasını yaradır. “Nobel qardaşları” firması ilə rəqabət aparan iri neft sənayesi sahiblərindən biri Hacı Zeynalabdin Tağıyev idi. Nobellərin ən inandığı, hörmət etdiyi şəxsiyyət də H.Z.Tağıyev olub.

 1875-ci ildə “Nobel qardaşları” firmasının əsası qoyulur. Robert Nobel ilk olaraq Bakının “Qara şəhər” adlanan sahəsində 25 min rubla kiçik bir zavod alır.

1918-ci ildə onun sərvətinin miqdarı 45 milyona çatmışdı. Hesablamalara görə, həmin vəsait bu günkü məzənnə ilə 32 milyard ABŞ dolları edir.