Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-19 13:08:00
Qazaxıstanda dövlət xətti ilə təhsili almaq istəyənlərin NƏZƏRİNƏ  

Qazaxıstanın Elm və Təhsil Nazirliyi 2019-2020-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib.

AzEdu.az təqaüd proqramına aid zəruri məlumatları təqdim edir:

Bakalavriat və magistratura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dilləri qazax, rus və ya ingilis dilləridir.

Təhsil haqqı, tədris vəsaitləri, yataqxana, tibbi xidmət xərcləri, aylıq təqaüd Qazaxıstan tərəfindən qarşılanacaq. Azərbaycan vətəndaşlarının ildə bir dəfə gediş-gəliş xərcləri isə Azərbaycanın Təhsil Nazirliyi tərəfindən ödəniləcək.

Tələb olunan sənədlər:

CV (rus və ya ingilis dillərində, maksimum 2-3 səhifə);

Şəxsiyyət vəsiqəsinin rus və ya ingilis dilinə tərcümə-təsdiq olunan surəti;

Ümumvətəndaş pasportunun ilk 3 səhifəsinin surəti;

Sağlamlıq haqqında arayış N86 və QİÇS, Hepatit A, B, C başqa yoluxucu xəstəliklərin olmamasına dair tibbi arayışın rus və ya ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti;

Attestat və ya orta ixtisas diplomunun (bakalavr dərəcəsinə müraciət edənlər üçün) rus və ya ingilis dilinə tərcümə-təsdiq olunan surəti;

Bakalavr təhsili üzrə diplom (diploma əlavənin) (magistratura dərəcəsinə müraciət edənlər üçün) rus və ya ingilis dilinə tərcümə-təsdiq olunan surəti;

Bakalavr, magistratura təhsili üzrə diplom (diploma əlavənin) (doktorantura dərəcəsinə müraciət edənlər üçün) rus və ya ingilis dilinə tərcümə-təsdiq olunan surəti;

Hazırda təhsil aldığınız təhsil müəssisəsi tərəfindən verilən oxuduğunuza dair arayış (qəbul olunduğunuz və məzun olacağınız tarix göstərilməklə), ən son tarixli transkript/fənlər üzrə akademik göstəricilərin rus və ya ingilis dilinə tərcümə-təsdiq olunan surəti;

2 ədəd 3x4 rəngli fotoşəkil;

Motivasiya məktubu (250-500 sözlük, qazax, rus və ya ingilis dilində);

Məhkumluq barədə arayış (rus və ya ingilis dilinə tərcümə-təsdiq olunan);

Tövsiyə məktubu (rus və ya ingilis dilində);

Dil sertifikatı tələb olunur.

Müraciət forması:

Təqaüd proqramına müraciət edəcək iddiaçılar Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sisteminə müraciət etməlidirlər https://www.app.htp.edu.az - Elektron qeydiyyatı düzgün şəkildə tamamlayan, bu elanın ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.

Müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədə elektron sistem vasitəsi ilə bildiriləcək;

Elektron sistemə yüklənmiş sənədlərin notarial qaydada təsdiqini mütləq qaydada müsahibə zamanı əlaqədar şəxsə təqdim etməlisiniz;

Müsahibə üçün təyin olunan vaxta 15 dəqiqədən çox gecikən şəxslər müsahibəyə buraxılmayacaq;

Hər bir namizədlə keçiriləcək müsahibə 10-15 dəqiqə ərzində davam edir;

Seçim nəticələrinə dair apellyasiya şikayəti verilməsi nəzərdə tutulmur;

Təhsil Nazirliyi tərəfindən namizədliyi təsdiq olunanların adları Qazaxıstan tərəfinə təqdim ediləcək;

Təhsil Nazirliyi tərəfindən təklif olunan və təsdiq üçün Qazaxıstan tərəfinə göndərilən namizədlərin sənədləri müraciətlərində qeyd etdikləri ali təhsil müəssisələrinə* seçim sıralamasına uyğun olaraq göndəriləcək;

  • *Ali təhsil müəssisələrinin seçim qaydaları bir-birindən fərqlənir və qəbul daxili qaydalarla tənzimlənir. Göstərilən universitetlərdən heç birinə qəbul ola bilməyən namizədlərin təqaüd hesabına təhsili mümkün olmayacaq.
  • Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2019-cu ilin yay ayları ərzində təqdim olunması gözlənilir.
    Müsahibə mərhələsində iştirak üçün əsas meyarlar
  • Namizədlər yalnız aşağıdakı tələblərə cavab verdikləri təqdirdə fərdi müsahibə mərhələsində iştirak hüququ əldə edəcəklər:
  • Bakalavriatdan sonrakı təhsil səviyyələrinə müraciət edən iddiaçıların ali təhsil haqqında diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçdiyi hər 3 ixtisasa uyğun olmalıdır;
  • Bakalavriat və ya magistratura səviyyələrində oxumaq istəyənlər ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 350, digər sahələrdə isə 400 bal toplamalıdırlar;
  • 2018-2019-cu tədris ili üzrə ümumtəhsil müəssisələrindən məzun olacaq DİM imtahanlarında iştirak etməyən iddiaçıların akademik göstəricilərini sübut edən beynəlxalq səviyyədə tanınan imtahan və ya beynəlxalq olimpiada nəticələri (SAT, qızıl/gümüş/bürünc medal sahibi və s.) həmin sahə üzrə mümkün olan ən yüksək göstəricinin 65%-indən az olmamalıdır;
  • DİM imtahanlarında iştirak etməyən əvvəlki illərin məzunu olan iddiaçıların öncəki bənddə tələb olunan göstərici ilə yanaşı, attestat üzrə cari müvəffəqiyyət dərəcəsinin orta balı 100 ballıq sistem üzrə isə baldan aşağı olmamalıdır. DİM imtahanlarında iştirak etmiş orta ixtisas diplomu olan şəxslərə də bu qayda aid edilir;
  • Ölkənin yerli ali məktəblərində bakalavriat və ya magistratura səviyyələrində oxuyan şəxslər təhsillərinin 50%-dən çoxunu tamamlamamış olmalıdır;
  • Magistratura səviyyəsinə müraciət edən iddiaçıların əvvəlki təhsil səviyyəsi üzrə ÜOMG 100 ballıq sistem üzrə 61 baldan aşağı olmamalıdır. Hazırda təhsil aldığı eyni səviyyə üzrə müraciət edən iddiaçıların cari ÜOMG də 100 ballıq sistem üzrə 61 baldan aşağı olmamalıdır;
  • “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almış, lakin Təhsil Nazirliyi ilə imzaladığı müqaviləyə əsasən, 5 il ərzində ölkədə işləmək öhdəliyini yerinə yetirməmiş məzunların sənədləri qəbul edilməyəcək;
  • Qeyd: Namizədlər, bir akademik ildə ilkin seçimi Təhsil Nazirliyi tərəfindən aparılan yalnız bir ölkənin təqaüd proqramına müraciət edə bilərlər. Bu qayda yalnız müvafiq təqaüd proqramının müsahibə mərhələsinə buraxılmış şəxslərə şamil edilir.
  • Təqaüd proqramına müraciət edəcək iddiaçılar cari ilin aprelin 9-dək Azərbaycanın Təhsil Nazirliyinin elektron ərizə sisteminə (https://www.app.htp.edu.az) müraciət etməlidirlər. Elektron qeydiyyatı düzgün şəkildə tamamlayan, elanın ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.
  • Qeyd edək ki, təqaüd proqramı ilə bağlı suallarınızı [email protected] electron ünvanına göndərə edə bilərsiniz.
Günel Yaşarqızı
Müəllifin digər yazıları