Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-19 11:00:00
Ərizəsini təsdiqlədən abituriyentlərin sayı durmadan artır – Lider qrup  

Bu dəqiqələrə olan göstəricilərə görə, ali məktəblərə qəbul olunmaq üçün I-IV ixtisas qrupları üzrə ümumilikdə, 9.445 nəfər ərizəsini təsdiq edib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər. Ərizəsini təsdiq edənlərin arasında I ixtisas qrupunun abituriyentləri üstünlük təşkil edir.

Azərbaycan bölməsində:

I ixtisas qrupu üzrə 3149, rus bölməsi üzrə isə 466 nəfər;

II ixtisas qrupu üzrə  1687, rus bölməsi üzrə isə 331 nəfər;

III ixtisas qrupu üzrə 2744, rus bölməsi üzrə 276 nəfər;

IV ixtisas qrupu üzrə 583, rus bölməsi üzrə isə 112 nəfər ərizəsini təsdiqləyib.

V qrup üzrə ümumilikdə 5413 nəfər ərizəsini təsdiqləyib.

Yay qəbul imtahanlarında isə 4 ixtisas qrupu üzrə cəmi 97 nəfər qeydiyyatdan keçib.

Qeyd edək ki, sənəd qəbulu aprelin 15-nə qədər davam edəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları