Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-18 14:51:00
I siniflərə qəbul üçün xüsusi müsahibə mərkəzləri yaradılıb -SƏBƏB  

I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi həm də şəffaflıq prinsiplərinin qorunmasına əsaslanıb. Buna baxmayaraq, bəzi yerlərdə məktəbdə yer olmadığını deyən, valideynə müsahibə mərhələsində kömək vəd edən direktorlara az da olsa, rast gəlinir. 

AzEdu.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil idarəsinin müdir müavini İlhamə Abdullayeva “Həftənin sualı” verilişində izləyicilərin məktəbə qəbulla bağlı suallarını cavablayarkən bu məsləyə də toxunub. O vurğulayıb ki, direktorların da məktəbdəki boş yerlər barədə məlumatlılıq dərəcəsi valideynlərlə eynidir:

“Artıq müsahibələr belə mərkəzləşib. Onların bir neçə yerdə keçirilməsivətəndaşların ünvana rahatlıqla çatmasına hesablanıb. Mərkəzlərin əlçatanlığı üçün bütün ərazilər nəzərə alınıb.

Müsahibələr müvafiq kamera, görmə, hətta eşitmə cihazları ilə təchizolunan mərkəzlərə salınıb. Burada hər hansı subyektiv müdaxilə yolverilməzdir”.

Bildirilib ki, müsahibə komissiyasında kimin iştirak etməsi heç bir məktəb direktorunun diktəsi ilə olmur:

“Azyaşlının ünsiyyətqurma bacarığını yoxlayan şəxslər artıq müəyyənləşsə də, onlar hansı mərkəzə gedəcəkləri, orada neçə gün qalacaqları və s. haqdaməlumatsızdırlar. Şəffaflığı təmin etmək üçün bütün işlər planlaşdırılıb”.

Veriliş zamanı vətəndaşlara belə vəd verən insanlara aldanmamaq və bununla bağlı Təhsil Nazirliyinin müvafiq resurslarına müraciət etmək tapşırılıb.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları