Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-18 12:06:12
I sinfə qəbul olunan uşaq üçün yaxın qohumu qeydiyyatdan keçə bilər? - RƏSMİ CAVAB  

I sinfə elektron sistem vasitəsilə qeydiyyat valideyn və ya qanuni nümayəndələrdə müxtəlif sualların yaranmasına səbəb olub. 

Proses zamanı yaranan suallardan biri də azyaşlı üçün valideynin deyil, hər hansı qohumunun qeydiyyatdan keçməsi ilə bağlıdır.

Azyaşlını digər qohumlar öz adından qeydiyyatdan keçirə bilər?

AzEdu.az xəbər verir ki, əksər valideynləri maraqlandıran bu sualı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva “Həftənin sualı” verilişində cavablayıb. O bildirib ki, elektron qeydiyyat zamanı qohumluq dərəcəsi sistem üzərindən təyin olunmur. Onu vətəndaş özü daxil edir:

“İstifadəçi sistemə daxil olub, nənənin adından valideyn kimi qohumluq dərəcəsi göstərməklə qeydiyyatdan keçə bilər. Amma sənədlər məktəbə təqdim edilərkən məktəb həmin sorğunu ləğv edəcək. Yalnız bu şəxs azyaşlının qanuni nümayəndəsi olduğu halda buna icazə verilir. Əks halda sorğu ləğv olunur. Həmin uşağın yenidən qeydiyyata düşməsi lazım gəlir ki, bu da vaxt tələb edən prosesdir”.

Qeyd edək ki, məktəbə qəbulun nəticələri məlum olduqdan sonra valideyn övladının ərizəsini çap etdirməli və onu məktəbə təqdim etməlidir. Elektron qeydiyyat sentyabrın 15-dək davam edəcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları