Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-18 10:28:00
Ərizəsini təsdiq edən abituriyentlərin sayı durmadan artır –Bu qrup liderdir

 

Bu dəqiqələrə olan göstəricilərə görə, ali məktəblərə qəbul olunmaq üçün ümumilikdə 8703 nəfər ərizəsini təsdiq edib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər. Sənəd qəbulunun 3 gün öncə  başlamasına baxmayaraq, ərizəsini təsdiq edənlərin sayı durmadan artır.

Azərbaycan bölməsində:

I ixtisas qrupu üzrə 1804, rus bölməsi üzrə isə 325 nəfər;

II ixtisas qrupu üzrə  1016, rus bölməsi üzrə isə 241 nəfər;

III ixtisas qrupu üzrə 1594, rus bölməsi üzrə 194 nəfər;

IV ixtisas qrupu üzrə 351, rus bölməsi üzrə isə 83 nəfər ərizəsini təsdiqləyib.

V qrup üzrə ümumilikdə 3024 nəfər ərizəsini təsdiqləyib. XI illik bazadan kolleclərə qəbul olunmaq üçün müraciət edənlərin ümumi sayı bu dəqiqələrə görə 3367 nəfər təşkil edir.

Yay qəbul imtahanlarında isə 4 ixtisas qrupu üzrə cəmi 71 nəfər qeydiyyatdan keçib.

Qeyd edək ki, sənəd qəbulu aprelin 15-nə qədər davam edəcək.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları