Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-18 10:15:00
I sinfə qəbulla bağlı çox  verilən sual- Müsahibədə iştirak etməyən azyaşlıya yeni şans yaradılacaq?

Orta ümumtəhsil müəssisələrinin I sinfinə qəbul elektron sistem vasitəsilə davam edir. Bu sistemin bəzi ərazilərdə yeni tətbiq olunması valideynlərdə xeyli sualların yaranmasına səbəb olub.

Həmin suallardan biri:

Müsahibə mərhələsi dövründə azyaşlının valideyni burada olmayacaqsa,  həmin etapda iştirak uşaq üçün yenidən təşkil ediləcəkmi?

AzEdu.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva məlumat verib. Onun sözlərinə görə, yaxşı olardı ki, valideyn burada olmayacağını bildiyi halda övladı üçün yer götürməsin. Çünki ölkədə olmayacağı ilə bağlı qərar  öncədən planlaşdırılır və bu nəzərə alınaraq, övladı üçün də yekun qərar verməsi mümkündür:

“Yay dövründə yenidən müsahibə təşkil olunacaq. Ümumiyyətlə, qəbul prosesi bitənə qədər müsahibə mərhələsi davam edəcək. Bu, uzunmüddətli prosesdir.

Valideyn həm də sentyabrda təşkil olunacaq elektron sistemdən keçib, elə o zamanda da keçiriləcək müsahibəyə  yazıla bilər. Müsahibəyə girdikdən sonra isə məktəbə yenidən sorğu verməli olacaq”.

Qeyd edək ki, müsahibə mərhələsində söhbət yalnız şifahi nitq, özünüifadə bacarıqlarının qiymətləndirilməsindən gedir. Hər hansı test və imtahan yoxdur.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları