Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-17 15:20:00
Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib - FOTO

Lənkəran Şəhər Gəgiran kənd orta məktəbində Novruz bayramına həsr olunan “Novruz gəlir, Yaz gəlir” adlı  tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ziyafəddin Cavadov  Novruz bayramı münasibəti ilə müəllim və şagirdləri təbrik edib.

Daha sonra məktəbin müəllim heyəti Novruz bayramı münasibəti ilə təbrik çıxışlarını ediblər. 

 Sonra məktəblilərin ifasında rəngarəng musiqilər, şerlər, Keçəllə Kosanın oyunları nümayiş olunub.

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları