Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-17 11:50:00
 Türkiyədə oxumaq istəyənlərin bilməli olduğu ən vacib məsələ - “Bu sertifikatınız yoxdursa...” 

Türkiyə təhsil sistemi son illərdə çox sürətlə inkişaf edir.

Son zamanlar qardaş ölkə olan Türkiyədə təhsil almaq istəyən azərbaycanlıların sayı durmadan artır.

AzEdu.az tələbatı nəzərə alaraq Türkiyədə təhsil almaq istəyənlərin bilməli olduqları zəruri məlumatları təqdim edir:

Türkiyədə təhsil üçün əcnəbi tələbələrdən YÖS imtahanı tələb olunur. Hazırda YÖS imtahanları universitetlərin özləri tərəfindən təşkil olunur. İmtahan tarixləri, keçid balları və qeydiyyat şərtləri həmin universitetlər tərəfindən açıqlanır.

Türkiyədə magistratura təhsili almaq istəyən tələbələr həm də ALES imtahanı verə bilərlər. AlES imtahanı ildə 3 dəfə keçirilir.

Əcnəbi tələbələrdən tələb olunan digər  imtahan isə YDS-dir. YDS ingilis dili üzrə keçirilən xarici dil imtahanıdır. İmtahan Türkiyədə ildə ortalama 10-12 dəfə keçirilir. Sertifikatın keçərlilik müddəti isə 5 ildir.

Həmçinin, SAT sertifikatı ilə də Türkiyə universitetlərinə qəbul olmaq mümkündür. İldə 6 dəfə keçirilən imtahanın keçərlilik müddəti isə 2 ildir. Türkiyənin ən yaxşı universitetlərinə yalnız SAT ilə qəbul olmaq mümkündür. Həmin universitetlər isə Boğaziçi Universiteti, ODTU, İstanbul Teknik Universitetidir.  

İngilis dilində təhsil almaq istəyən tələbələr isə IELTS sertifikatı da təqdim edə bilərlər.

Digər ölkələrlə müqayisədə Türkiyədə təhsil haqqı daha münasibdir. Dövlət qurumlarında illik ödənişlər daha aşağı, özəl müəssisələrdə isə yüksəkdir. Türkiyədə dövlət universitetində magistr dərəcəsi üzrə illik təhsil haqqı 240-750 TL  arasında dəyişir.  

Dövlət universitetlərində İngilis dilli ixtisaslarda illik ödənişin 600-1500 TL  olmasına baxmayaraq eyni ixtisasların türkcəsi 240-750 dollar arası dəyişir.  

Qeyd edək ki, Türkiyədə aylıq yaşayış, nəqliyyat kommunal,  xərcləri  400-500TL arasındadır.

Günel Yaşarqızı
Müəllifin digər yazıları