Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-16 15:49:00
Vitse-spiker: Tələbə yataqxanalarının tikintisində TİT modelindən istifadə olunsun  

Parlamentdə tələbə yataqxanalarının tikilməsi ilə bağlı təklif irəli sürülüb. 

AzEdu.az xəbər verir ki, bu təkliflə Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında vitse-spiker Valeh Ələsgərov çıxış edib.

Vitse-spiker bununla bağlı “Tik-idarə et-təhvil ver” (TİT) modelindən istifadəni məqsədəuyğun hesab edib. 

V.Ələsgərov bildirib ki, bu modellə bağlı 2016-cı ildə MM tərəfindən qanun qəbul olunub. 

“Dünyanın bir çox ölkələrində bu modeldən səmərəli istifadə olunur: körpülər, tunellər, hava limanları tikilir”, - deyən V.Ələsgərov bildirib ki, MM bu qanuna əlavələr edərək, tələbə kampuslarının tikilməsi üçün qanunvericilik bazası yarada bilər. 

(Oxu.az)