Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-16 14:31:00
Kolleclərə qəbul olunmaq üçün bu qədər adam ərizəsini təsdiqlədi

Orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün bu dəqiqələrə olan göstəricilərə görə, ümumilikdə 1913 nəfər ərizəsini təsdiq edib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər. Sənəd qəbulunun dünən başlamasına baxmayaraq, ərizəsini təsdiq edənlərin sayı durmadan artır.

Kolleclərdə təhsil almaq üçün Azərbaycan bölməsi üzrə 1774, rus bölməsi üzrə isə 139 nəfər ərizəsini təsdiqləyib.

Qeyd edək ki, sənəd qəbulu aprelin 15-nə qədər davam edəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları