Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-16 10:42:00
Bu oyun uşaqların yaddaşını gücləndirir – Valideynlər üçün faydalı

Oyunlar uşaqların psixoloji inkişafında əsaslı yer tutur.

Onlar oyun vasitəsilə bir-birləri ilə ünsiyyətə girir, yeni dostlar qazanırlar. Həmçinin, başqalarına hörmət etmək, səbirli davranmaq, liderlik və s. bu kimi xüsusiyyətləri də əldə edirlər. Oyun fiziki, sosial, psixoloji və emosional tərəfdən uşağa təsir edir və inkişaf etməsində böyük rol oynayır.

Eyni zamanda, oyunun köməyi ilə uşaqlarda diqqət, qavrayış, hafizə, təfəkkür və təxəyyülün inkişafı üçün əlverişli şərait yaranır. Bəzi oyunlar isə sırf uşaqların zehni inkişafını təmin edir.

AzEdu.az maraqlı oyunlardan birini nəzərinizə çatdırır:

"Salam söylə" oyunu

Uyğun yaş dövrü: 10 yaş və daha yuxarı.

İştirakçı sayı: 5 nəfərdən çox

Oynamaq üçün lazım olan vəsaitlər: Heç bir vəsait lazım deyil.

Oyun necə oynanılır?

Oyuna başlamaq üçün oyunçular dairəvi formada düzülür və oyunçuların hər biri özü üçün yumoristik bir ad seçir. Misal üçün:  Pişik , Siçan, Delfin, Krakadil,Tutuquşu. Hər kəs özünə ad seçdikdən sonra özünü təqdim etməyə başlayır. Dostların hər biri adları öyrənməyə başlayır. Oyun davamlı növbələnir. Deyək ki, oyun Pişiklə başlayır. Oyunu başladan sağdakının adı ilə cümlə qurur.

Siçan Əfəndi (ya da bir xanım ola bilər)

Əfəndiiim.

Delfinə deyin ki, Krakadilin ona salamı var

Söz Siçanda:

Delfin Əfəndi

Əfəndiiim.

Oyunun əsas şərti odur ki, uşaqlar hər dəfə bir sağdakından soldakına “salam” deyə bilsinlər. Uşaqların belə səhvləri olduğunda, onlar gülür və səhvləri düzəldir. Bir az keçdikdən sonra isə hər kəs əyləncəli şəkildə bir-birinin adını öyrənir.

Nəticə: Diqqət və yaddaşı inkişaf etdirir.