Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-14 17:58:39
Abituriyentlərin nəzərinə! - Ali məktəblərə tələbə qəbulu elanı və müsabiqə şərtləri açıqlandı

Sabah ali məktəblərə qəbul üzrə ərizə qəbuluna start veriləcək.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin rəsmi saytına istinadən xəbər verir ki, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı əri­zələrin qəbulu 2019-cu il martın 15-dən aprelin 15-dək internet vasitəsilə aşağıdakı qaydada aparılır. 

Abituriyentlər Dövlət İmtahan Mərkəzinin (bundan sonra - DİM) internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabi­netinin istifadəçi adı və parolundan istifadə etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur (bax: səh. 19-21, “Abitu­riyentin elektron ərizəsi” formasının doldurulma qay­dası və nümunəsi) və təsdiq edirlər (etdirirlər).

Müsabiqədə iştirak ödənişlidir.

“Azərbaycan Respub­lika­sında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respub­likası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) cari ildə keçirilən qəbul imtahanında (imtahanın ikinci mərhələsi üzrə keçirilən imtahanlarda ikinci dəfə iştirak istisna olmaqla) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaqDigər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olun­duq­dan sonra onların şəxsi kabinetindəki hesabından çıxılır.

 Ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə həyata keçirilir və imtahanın ikinci mərhələsi iki dəfə (yaz və yay sessiyaları) təşkil olunur. Abituriyentlər hər iki imtahanda (hər sessiyada bir dəfə olmaqla) iştirak edə bilərlər. İkinci mərhələ üzrə hər iki imtahanda iştirak edən abituriyent ikinci imtahanı birincidəkindən fərqli ixtisas qrupu üzrə də verə bilər.

Ərizələrində I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının ikinci mərhələsinin birinci imtahanında iştirak etmək istədi­yi­ni qeyd edən abituriyentlər, ikinci imtahanda da iştirak etmək istədikləri halda 2019-cu il mayın 30-dan iyunun 12-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə eservices.dim.gov.az/erizebak/erize in­ter­net səhifəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün onlar tələb olunan məbləği şəxsi kabinetinin hesabına əlavə etməli, imtahan verəcəkləri ixtisas qrupunu seçməlidirlər. Ərizələrində birinci imtahanda iştirak etmək istə­diklərini qeyd etməyən abituriyentlər isə qeydiy­yatdan keçmədən ikinci imtahanda iştirak edirlər.

Abituriyentlər eyni zamanda ali təhsil müəs­sisələrinin I-IV ixtisas qruplarına daxil olan ixtisaslar, V ixtisas qrupuna daxil olan ixtisaslar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildir­məlidirlər.

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlu­matların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir):

Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən 1-ci bənddə göstərilən müddətdə özləri təsdiq edirlər:

-   Azərbaycan Respublikasının ümumi təhsil  müəssisələrini cari ildə bitirən abituriyentlər;

-   Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini 2012-ci və ondan sonrakı illərdə bitirən qadın cinsli abituriyentlər;

-   Azərbaycan Respublikasının ilk peşə-ixtisas təhsili müəssisələrini 2013-cü və ondan sonrakı illərdə bitirən qadın cinsli abituriyentlər;

-   2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verib onu təsdiq etdirmiş qadın cinsli abituriyentlər.

Digər abituriyentlər tələb olunan sənədləritəqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər:

-  Azərbaycanda təhsil almış Azərbaycan Respub­likasının vətəndaşları (1.1-ci bənddə göstərilən kateqoriyalara daxil olan abituriyentlər istisna olmaqla) ərizələrini aşağıdakı ünvanlarda yaradılmış SQK-larda təsdiq etdirirlər:

DİM-in Naxçıvan MR  Regional Bölməsi      (Naxçıvan ş., Nizami küçəsi, 10);

DİM-in Gəncə Regional Bölməsi

   (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);

DİM-in Lənkəran Regional Bölməsi

   (Lənkəran ş., H.Aslanov xiyabanı, 52);

DİM-in Xaçmaz Regional Bölməsi

   (Xaçmaz ş., M.Ə.Rəsulzadə küç., 7b);

DİM-in Şəki Regional Bölməsi

   (Şəki ş., M.Rəsulzadə prospekti, 182);

DİM-in Şirvan Regional Bölməsi

   (Şirvan ş., M.Rəsulzadə küçəsi, 19);

DİM-in Göyçay Regional Bölməsi

   (Göyçay ş., Rauf İsayev küçəsi, 43);

DİM-in Bərdə Regional Bölməsi 
   (Bərdə ş., H. Əliyev prospekti, 88);

DİM-in Şəmkir Regional Bölməsi

  (Şəmkir ş., Bakı - Qazax şosesi, İnzibati bina –“west gate”).

Bakı Dövlət Universiteti
(Bakı ş., Z.Xəlilov küçəsi, 23);

Azərbaycan Texniki Universiteti
(Bakı ş., H.Cavid prospekti, 25);

Azərbaycan Universiteti
(Bakı ş., C.Hacıbəyli küçəsi, 71);

Sumqayıt Dövlət Universiteti
(Sumqayıt ş., 43-cü məhəllə);

-  əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (1.1-ci bənddə göstərilən kateqoriyalara daxil olan abituriyentlər istisna olmaqla), həmçinin xaricdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları ərizələrini DİM-də (Bakı ş., M.Müşfiq, 1M) və onun regional bölmələrində yaradılmış SQK-larda təsdiq etdirirlər;

Elektron ərizələrini SQK-larda təsdiq etdir­məli olan abituriyentlərSQK-ya aşağıdakı sə­nəd­ləri təq­dim edirlər:

-    elektron ərizəsinin iş nömrəsi və şəxsi kabinetinin istifadəçi adını (şəxsiyyəti  təsdiq edən sənəddə göstərilən Fərdi İdentifikasiya Nömrəsini (FİN));                    

-    tam orta, orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini[1] (orta ixtisas və ya ali təhsil haqqında sənədin əslini təqdim edən abituriyentlər, həmçinin məzunu olduqları ümumi təhsil müəssisəsi tərəfindən verilən, müəyyən olunmuş formada attestat qiymətləri göstərilən arayışı - “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na 
 2 nömrəli əlavə

-    şəxsiyyətlərini təsdiq edən sənədin əslini:

  • Azərbaycan Respublikasının vətəndaşları 
    şəxsiyyət vəsiqələrini;
  • əcnəbilər icazə vəsiqələrini və (və ya) pasportlarını;
  • vətəndaşlığı olmayan şəxslər icazə vəsiqələrini və ya yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədlərini;
  • Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini;
  • qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədlərini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, digər sənədləri və ya icazə vəsiqələrini;

-    Azərbaycan Respublikasında ali təhsil müəssisələrini ödənişli əsaslarla bitirən abituriyentlər (2012 və ondan sonrakı illərdə ali təhsil müəssisələrini bitirənlər istisna olmaqla) dövlət hesablı yerlərin müsabiqəsində iştirak etmək üçün bitirdikləri təhsil müəssisələri tərəfindən verilən və ali təhsilinin ödənişli əsaslarla olmasını təsdiq edən arayışı (“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na  3 nömrəli əlavə 

-    hərbi bilet və ya çağırışçı şəhadətnaməsini;

-    əcnəbilər və xarici ölkələrdə təhsil almış şəxslər yuxarıda qeyd olunan sənədlərlə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini.

1984-2001-ci il təvəllüdlü (2001-ci il iyulun 30-na qə­dər anadan olmuş) 35 yaşınadək olan çağırışçıların ali təhsil müəssisələrinə sənəd vermək üçün möhlət haq­qında arayışı və hərbi sənədlərində bu barədə Azər­bay­can Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatı ol­malıdır. Hərbi qeydiy­yatın aparıl­ması Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən və imtahanda topladıqları ümumi balları mü­vafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər im­ta­hanların nəticəsi elan olunduqdan sonra V ixtisas qrupu üzrə 2019-cu il iyunun 20-dən iyulun 3-dək (“Bədən tərbiyəsi və idman” istiqamətinin 60, 61 və 62-ci komissiyaları üzrə qeydiyyat iyunun 28-də başa çatır), I ixtisas  qrupu üzrə isə iyulun 8-dən 13-dək eservices.dim.gov.az/erizebak/qabiliyyet inter­net səhi­fə­sinə daxil olaraq seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissiyaların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabına əlavə etməlidir.

 “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə ilk seçdiyi (qeydiyyatdan keçdiyi) komissiya üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq.

Qeydiyyatdan keçmiş abituriyentlər müəyyən edilmiş cədvəl üzrə iyulun 1-dən avqustun 2-dək qabiliyyət imtahanında iştirak edirlər. Qabiliyyət imtahanları DİM tərəfindən mər­kəz­ləşdirilmiş qaydada keçirilir (“Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayı)  və imtahanların nəticəsi balla və ya “məqbul/qeyri-məqbul”la qiymətləndirilir. Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müsabiqə şərtlərini ödəyən abituriyentlər seçə bilərlər.

“Jurnalistika”ixtisasına qəbul olmaq istəyənIII qrupun abituriyentləri müvafiq müsabiqə şərtlərini ödədikləri halda, III ixtisas qrupu üzrə imtahan nəticələri elan olunduqdan sonra 2019-cu il iyulun 22-dən 25 dək eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidir. Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və digər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməyən Azərbaycan Respublikasının vətəndaş­larının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə “Jurnalistika” ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına  olacaq.

Qeydiy­yatdan keçən abituriyentlər 2019-cu il avqustun 1-də qabiliyyət imtahanında iştirak edirlər. Abituriyentlər imtahanda təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Qabiliyyət imtahanından uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, “Jurnalistika” ixtisasını da seçə bilərlər.

Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil almaq istəyən abituriyentlər1-ci bənddə gös­təri­lən müddətdə və qaydada elektron ərizələrini təsdiq etməklə (etdirməklə) yanaşı, müvafiq ali təhsil müəs­sisələrinin müəyyənetdikləri xüsusi prosedur­lardan keçməlidirlər.

Dövlət Gömrük Komitəsinin Akademiya­sındatəhsil almaq istəyən abituriyentlər ərizələrində imtahan verəcəyi xarici dil kimi ingilis dilini seçməlidirlər.

Milli Aviasiya Akademiyasının I qrup ix­ti­sas­la­rı üzrətəhsil almaq istəyən abituriyentlər ərizə­lərində imtahan verəcəyi xarici dil kimi ingilis dilini seçməlidirlər.

Milli Aviasiya Akademiyasının “Uçuş mühən­disliyi” ixtisasına 23 yaşına çatmamış kişi cinsli abituriyentlər, “Hava nəqliyyatının hərəkətinin idarə olunması mühən­disliyi” ixtisasına isə 23 ya­şına çatmamış həm kişi, həm də qadın cinsli abi­turiyentlər ərizə verə bilərlər.

Milli Aviasiya Akademiyasının “Uçuş mühən­disliyi” və “Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi” ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər 1-ci bənddə göstərilən müd­dətdə və qaydada elektron ərizələrini təsdiq etdikdən sonra Heydər Əliyev Beynəlxalq Aeroportu Tibbi Sanitar İdarəsinin Aviasiya Poliklinikasında xü­su­si tibbi mü­ayinə­­dən və “Psixofizioloji peşə seçimi” üzrə qabiliyyət müsabiqəsindən, Milli Aviasiya Akademiyasında isə “Fiziki hazırlıq” üzrə qabiliyyət müsabiqəsindən keçmə­lidirlər.

“ADA” Universitetində təhsil almaq istəyən abituriyentlər“Abituriyentin elektron ərizəsi” forması ilə yanaşı, “ADA” Universitetinin də elektron ərizə formasını universitet tərəfindən müəyyən olunmuş qaydada doldurmalıdırlar.

“ADA” Universitetinin I qrupa daxil olan ixtisasları üzrə müsabiqəyə ümumi balı 300-dən, II və III qruplara daxil olan ixtisasları üzrə müsabiqəyə isə 400-dən az olmayan abituriyentlər buraxılırlar.

“ADA” Universitetinin ixtisaslarının mü­sabiqəsinə beynəlxalq SAT imtahanı üzrə ən azı 1200 bal toplayan (esse tələb olunmur) və IELTS Academic üzrə minimum 6.0 və ya IBT üzrə minimum 75 balı olan abituriyentlər də buraxılacaqlar. “Biznesin idarə edilməsi”, “İqtisadiyyat”, “Kompüter elmləri”, “Kompüter mühəndisliyi” və “İnformasiya texnologiyaları” ixtisaslarına müraciət edən abituriyentlərin SAT imtahanından “Riyaziyyat” bölməsi üzrə ən azı 600 bal toplamaları tələb olunur.   Qeyd olunan şərtləri ödəyən abituriyentlər 1-ci bənddə gös­təri­lən müd­dət­də və qaydada “Abituriyentin elektron ərizəsi” formasını təsdiq etməklə yanaşı, 2019-cu il iyunun 15-dək SAT və IELTS Academic (və yaxud IBT) imtahanlarının nəticə­lərini DİM-ə (elektron və kağız formada) və “ADA” Universitetinə (elektron formada) təqdim etməlidirlər.

“ADA” Universitetinin “Hüquqşünaslıq” ixtisasına SAT imtahanının nəticələrinə əsasən qəbul aparılmır.

Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi energetik qurğularının istismarı mühən­disliyi”, “Dəniznaviqasiyası mühəndisliyi” və “Elektrik mühəndisliyi” ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər 1-ci bənddə göstərilən müd­dətdə və qaydada elektron ərizələrini təsdiq  etdikdən sonra 2019-cu il aprelin 1-dən iyulun 31-dək “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Dənizçilər poliklinikası”nda xü­su­si tibbi mü­ayinə­­dən keçməlidirlər.

Azərbaycan Tibb Universitetinin “Hərbi həkim işi” ixtisası üzrə15.09.2019-cu il tarixinədək  16 yaşı tamam olan, lakin 23 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları təhsil ala bilərlər. Bu ixtisas üzrə təhsil almaq istəyən abituriyentlər 1-ci bənddə göstərilən müddətdə və  qay­da­da elektron əri­zə­lərini təsdiq etdikdən (etdirdikdən) sonra 2019-cu il aprelin 1-dən etibarən Azərbaycan Tibb Univer­sitetinin Hərbi Tibb Fakültəsi rəisinin adına ərizə ilə müraciət etməli, sonra hərbi tibb fakültəsində hərbi həkim komissiyasından keçmə­lidirlər.

Naxçıvan Muxtar Respublikasında yaşayanlar ərizələrini Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə təqdim edib, həmin təhsil müəs­sisəsində hərbi həkim komissiyasından keçmə­lidirlər.

Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixti­sa­sınaqəbul olmaq istəyən abituriyentlər III ixtisas qrupu üzrə qəbul imtahanında topladıqlarıümumi balları ən azı 150, imtahanın ikinci mərhələsi üzrə balları isə ən azı 50 olduğu halda, imtahan nəticələri elan olunduqdan sonra  2019-cu il iyulun 20-dən 24-dək eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində müvafiq bölməyə daxil olaraq qeydiy­yatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidir (bax: səh. 17, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası). Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və digər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməyən Azərbaycan Respubli­ka­sı­nın vətəndaş­larının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə Azərbaycan İlahiyyat İnstitutunun “İslamşü­nas­lıq” ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq.

Qeydiy­yatdan keçən abituriyentlər 2019-cu il iyulun 27-dən avqustun 2-dək  Azərbaycan İlahiyyat İnstitutunda yaradılan dini-psixoloji komissiya tərəfindən aparılan qabiliyyət imtahanında iştirak edirlər. Qabiliyyət imtahanı­nın proqramı “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında verilmişdir. Qabiliyyət imtahanından uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun “İslamşü­nas­lıq” ixtisasını da seçə bilərlər.

Azərbaycan Dillər Universitetindətəhsil almaq istəyən abituriyentlərin imtahan verəcəyi xarici dil seçiminə müəyyən məhdudiyyətlər qoyulur. Aşağıdakı cədvəldə hər bir ixtisas üzrə müsabiqədə iştirak etmək üçün abituriyentin hansı xarici dildən imtahan verəcəyi göstərilir:

İxtisasların adları

Xarici dillər

Filologiya (Azərbaycan dili və ədəbiy­yatı)

 

Beynəlxalq münasibətlər

xarici dil seçiminə heç bir məhdudiyyət qoyulmur

Xarici dil müəllimliyi (alman dili)

 

Dil və ədəbiyyat müəllimliyi (alman dili və ədəbiyyatı müəllimliyi)

 

Regionşünaslıq (Almaniya üzrə)

 

Filologiya (alman dili və ədəbiy­yatı)

 

Tərcümə (alman dili)

alman və ya ingilis dili

Xarici dil müəllimliyi (fransız dili)

 

Dil və ədəbiyyat müəllimliyi (fransız dili və ədəbiyyatı müəllimliyi)

 

Regionşünaslıq (Fransa üzrə)

 

Filologiya (fransız dili və ədəbiyyatı)

 

Tərcümə (fransız dili)

fransız və ya ingilis dili

Regionşünaslıq (ərəb ölkələri üzrə)

ərəb və ya ingilis dili

digər ixtisaslar

ingilis dili


Lənkəran Dövlət Universitetinin “Xarici dil müəllimliyi(ingilis dili üzrə)” və “Tərcümə(ingilis dili üzrə)” 
ixtisaslarını qəbul imtahanında xarici dil kimi ingilis dilindən imtahan vermiş abituriyentlər seçə bilərlər.

Qəbul imtahanları Bakı, Sumqayıt, Naxçı­van,Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Şirvan, Göyçay, Mingəçevir və Bərdə şəhərlərindəkeçirilir.

Cari ilin məzunları (peşə liseylərinin məzun­ları istisna olmaqla) bitirdikləri təhsil müəs­sisə­lərinin yerləşdiyi bölgəyə uyğun şəhərdə imtahan verirlər. Əvvəlki illərin məzunları və peşə lisey­ləri­nin cari il məzunları ərizələrində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu bölgəyə uyğun, əks halda, şəxsiyyət vəsi­qəsində qeyd olunmuş ünvanın aid olduğu bölgəyə uyğun şəhərdə imtahan verirlər.

Qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə I-IV ixtisas qrupları üzrə ixtisas seçiminə buraxılmır.

Qəbul imtahanının birinci mərhələsi 2019-cu ilin aprel ayında keçirilir. Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər bu mərhələ üzrə imtahan vermirlər və müsabiqədə buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər.

 I-IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsi iki dəfə - 1-ci dəfə 2019-cu ilin may, 2-ci dəfə isə iyun (I və IV ixtisas qrupları) və iyul (II və III ixtisas qrupları) aylarında keçirilir. Abi­turiyent­lər hər iki imtahanda iştirak edə bilərlər. Hər iki imtahanda iştirak edən abituriyent ikinci imtahanı birincidəkindən fərqli ixtisas qrupu üzrə də, eyni ixtisas qrupu üzrə də verə bilər.

V ixtisas qrupu üzrə müsabiqə qəbul imtaha­nı­nın birinci mərhələsinin və qabiliyyət imtahanının nəticələrinə əsasən aparılır.Azərbaycan Respubli­kasının tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müvafiq qəbul im­ta­hanı vermirlər və müsabiqədə cari ilin buraxılış imta­hanındakı nəticələri əsasında iştirak edirlər.

Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituri­yentlər“Azərbaycan Res­publi­kasında dövlət dili haqqında” Azərbaycan Res­pub­li­kasının qanununa əsasən, “Azərbaycan dili” (dövlət dili kimi) fənnindən test imtahanı verirlər. İmtahanın nəticəsi “məqbul” vəya “qeyri-məqbul”la qiymət­lən­diri­lir. Bu imtahanda abituri­yentlərə 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

“Azər­baycan dili” (dövlət dili kimi) fənnindən test imtahanı iki dəfə – 2019-cu il mayın 5-də Bakı şəhərində və digər bölgə mərkəzlərində, mayın 26-da isə yalnız Bakı və Nax­çı­van şəhərlərində keçirilir.

Azərbaycan Respublikasının tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan tam orta təhsil   müəssisələrini cari ildə bitirən abituriyentlərin buraxılış imtahanı çərçivəsində mayın 5-də verdikləri “Azərbaycan dili” (dövlət dili kimi) fənni imtahanı üzrə nisbi balı ən azı 50 olduqda, onların həmin nəticələri əsas götürülür və “məqbul” almış hesab olunurlar. Həmin imtahanda nisbi balı 50-dən az olan abituriyentlər isə “qeyri-məqbul” almış hesab olunurlar və “Azərbaycan dili” (dövlət dili kimi) fənnindən yenidən imtahan verirlər. Bu halda imtahan ödənişli olur və abituriyentin öz hesabına keçirilir. 

2019-cu il mayın 5-də keçirilən (birinci) imtahanda iştirak etməyən və yaxud “qeyri-məqbul” alan abituriyentlər, həmçinin buraxılış imtahanı çərçi­vəsində bu fənn üzrə verdikləri imtahanda nisbi balı 50-dən az olan cari il məzunlarımayın 26-da keçirilən (ikinci) imtahanda iştirak etmək üçün 2019-cu il mayın    8-dən 14-dək eservices.dim.gov.az/erizebak/azdili internet səhifəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidir (bax: səh. 17, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası).

“Azər­baycan dili” (dövlət dili kimi) fənni imtahanından “məq­bul” ala bilməyən abituriyentlər müsabiqəyə buraxıl­mır­lar.

“Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə imtahanın nəticələri iki il qüvvədə olduğundan, 2018-ci ildə bu imtahandan "məqbul" alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmirlər.