Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-08 12:28:06
Taksi sürücülərinin başı daha yaxşı İŞLƏYİR

İngilis nevroloqları taksi sürücülərinin işə başladıqdan sonra ilk dörd ildə beyinlərinin necə dəyişdiyini öyrəniblər. 

AzEdu.az xarici KİV-lərə istinadən xəbər verir ki, tədqiqat 2011-ci ildə aparıldığı üçün naviqasiya sistemi bu günkü kimi inkişaf etməmişdi. 

Dörd il müşahidə etdikdən sonra aydın olub ki, taksi sürücüsünün beyinləri daha çox inkişaf edir.  Bizim beyin müəyyən bir qabiliyyətə malikdir, vacib olan ondan necə istifadə etməyimizdir. Tədqiqatçılar isə bildirib ki, Londondakı taksiçilər küçələrdə hər gün istiqamətləri müəyyən etməyə çalışarkən, bu onların beyin strukturunda bəzi dəyişikliklərə səbəb olur.  Bu müşahidə beyni necə inkişaf etdirmək lazım olduğunu izah edir.

Nəzrin Cavid