Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-14 16:21:00
Məhərrəm Qasımlıya AMEA-da yüksək vəzifə verildi

Martın 14-də Azərbaycan Milli Elmlər Akademiyası Humanitar Elmlər (HEB) Bölməsinin növbəti Ümumi yığıncağı keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, bölmənin akademik-katibi, akademik Teymur Kərimli, bölmə üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katibləri və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.
Akademik İsa Həbibbəyli iclası giriş sözü ilə açaraq iştirakçılara gündəlikdəki məsələlər haqqında məlumat verib.

 Müzakirədən sonra bir sıra qərarlar qəbul olunub.

Belə ki, filologiya elmləri doktoru Məhərrəm Qasımlı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin müdiri vəzifəsinə təsdiq olunub.

Həmin institutun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri vəzifəsinə filologiya elmləri doktoru Vüqar Əhməd, Uşaq ədəbiyyatı şöbəsinin müdiri vəzifəsinə filologiya elmləri doktoru Elnarə Akimova, Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifəsinə isə filologiya elmləri doktoru İslam Qəribov təsdiq olunublar.