Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-14 15:35:00
Nəşriyyatlar dərslikləri valideynlərə və məktəblərə satıb, təbliğ edə bilərlər? – Hüquqi norma  

Ümumi təhsil sistemində dərslik siyasəti Azərbaycan hökumətinin təhsil sahəsindəki prioritet istiqamətlərdən biridir. Respublikamızda dərslik siyasətini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.

Dərslik siyasətinin məqsədi məktəbliləri müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələndirməkdir.

Ümumiyyətlə, dərslik siyasəti zamanı müəllif və nəşriyyatların hüquqları “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” və “Nəşriyyat işi haqqında” qanunlarla tənzimlənir.

Təbii ki, dərsliklərin nəşri zamanı Dərslikləri Qiymətləndirmə Şurası, müəllif və nəşriyyatlar arasında fikir ayrılıqları yarana bilər.

Belə olan halda, problem Təhsil Nazirliyi və ya aidiyyəti orqanlar tərəfindən həll edilir.

Ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə veriləcək dərsliklərin maliyyə vəsaiti Təhsil Nazirliyinə ayrılır və həmin vəsait hesabına alınan dərsliklər məktəblərə pulsuz paylanılır. Lakin dərsliklər şagirdlərə paylanmazdan əvvəl nömrələnib, kitabxana fonduna daxil edilir.

Dərs ilinin sonunda isə kitablar şagirdlərdən toplanıb dərslik fonduna keçirilir. Dərslik fondu “Dərslik fondu haqqında təlimat”la tənzimlənir. Dərsliklərdən istifadə müddəti və fondların yeniləşdirilməsi qaydaları isə Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir.

Qeyd edək ki, dərsliklərinqiymətləndirməsi ilə bağlı bütün xərclər naşirlər tərəfindən ödənilir. Təhsil Nazirliyi belə təşəbbüsləri maliyyələşdirmir. Lakin nəşriyyatlar dərslikləri valideynlərə və məktəblərə satmaqda, təbliğ etməkdə sərbəst hesab olunurlar.

Qeyd: Məqalə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi Ümumi təhsil sistemində dərslik siyasətinə istinadən yazılıb.