Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-14 15:20:00
Ali məktəblərə qəbul elanı və müsabiqə şərtləri nə zaman açıqlanacaq? - Dəqiq tarix

Bütün abituriyentlərin səbirsizliklə gözlədiyi ali məktəblərə qəbul elanı və müsabiqə şərtləri bu gün açıqlanacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Məlumatda qeyd olunur ki, 15 martdan ali məktəblərə qəbul olunmaq istəyən abituriyentlər üçün elektron ərizə qəbuluna start veriləcək. Sabahdan etibarən abituriyentlər qəbul imtahanlarının bütün şərtləri ilə yaxından tanış ola biləcəklər. Bununla yanaşı, ərizə qəbulu üçün tələb olunan sənədlər və elektron qeydiyyat qaydaları barədə məlumatlar da DİM-in rəsmi saytında yerləşdiriləcək.

Qeyd edək ki, ərizə qəbulu bütün ixtisas qrupları üzrə ( I, II, III, IV və V) 15 mart tarixində başlanacaq. Sənəd qəbulu 1 ay, yəni 15 aprelə qədər davam edəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları