Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-14 11:14:01
DİM abituriyentlərin universitetlərə qəbul şansını artırdı – Artıq bu ildən...  

Qəbul qaydalarında edilən dəyişikliyə əsasən, 2018-ci ildən etibarən, abituriyentlər eyni ildə I, II, III və IV qrupların ikisi üzrə qəbul imtahanında iştirak edə bilərlər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər. Məlumatda qeyd olunur ki,müxtəlif ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edən abituriyentlər hər iki ixtisas qrupu üzrə müsabiqə şərtini ödədikləri halda  ixtisas seçimi ərizələrində hər iki qrupa daxil olan ixtisasları seçə bilərlər.

Hər hansı bir ixtisas qrupu üzrə müsabiqə şərtini ödəyən abituriyentlər isə yalnız həmin qrupa daxil olan ixtisasları ərizələrində qeyd edə bilərlər.

Xatırladaq ki, I və IV ixtisas qrupları üzrə yaz imtahanı 12, II və III ixtisas qrupları üzrə isə 19 may tarixlərində keçiriləcək. I və IV ixtisas qrupları üzrə yay imtahanı 23 iyunda , II və III ixtisas qrupları üzrə 7 iyulda təşkil olunacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları