Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-13 15:23:00
Dövlət ümumi təhsil müəssisələrinə 10 illik akkreditasiya şəhadətnaməsi veriləcək    

Azərbaycanda dövlət və digər ümumi təhsil müəssisələrinə akkreditasiya şəhadətnaməsinin verilməsinin müddəti açıqlanıb.

AzEdu.az xəbər verir ki, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deyilib.

Bildirilib ki, bu barədə “Ümumi təhsil haqqında” qanun layihəsinin 16-cı maddəsində (Ümumi təhsil fəaliyyətinin lisenziyalaşdırılması və ümumi təhsil müəssisəsinin akkreditasiyası) ətraflı məlumat qeyd edilib.

Sənədin 16.8-ci bəndində göstərilib ki, akkreditasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada keyfiyyət sənədinin akkreditasiya şəhadətnaməsinin verilməsi ilə başa çatır. Akkreditasiya şəhadətnaməsi dövlət ümumi təhsil müəssisələrinə 10 il müddətinə, digər ümumi təhsil müəssisələrinə isə 5 il müddətinə verilir.(ONA.az)