Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-13 14:22:00
Dövlət ümumi təhsil müəssisələrində təhsil alanları işlə təmin edəcək

Ümumi təhsil müəssisələrində təhsil alanlar peşəyönümlü işlə təmin olunacaq.

AzEdu.az xəbər verir ki,  Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında  “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyilib. Bildirilib ki, bu barədə adı çəkilən qanunun  4-cü maddəsində (Ümumi təhsil sahəsində dövlətin vəzifələri) qeyd edilib.

Sənəddə göstərilib ki, ümumi təhsil sahəsində dövlətin vəzifələrindən biri də ümumi təhsil müəssisələrində təhsil alanları peşəyönümlü işlə təmin etməkdir.(ONA.az)