Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-08 07:31:59
Məktəbdən uzaqlaşdırıldığı üçün mübarizə aparan amerikalı gəncin anım günüdür

Bu gün QİÇS virusuna yoluxduğu üçün oxuduğu məktəbdən çıxarılmasına qarşı mübarizə aparması ilə Amerika Birləşmiş Ştatlarında milli simvola çevrilən amerikalı gənc Rayan Ueyn Uaytın anım günüdür.

AzEdu.az xəbər verir ki, Rayan hemofiliya xəstəsi olduğu üçün qanköçürmə müalicəsi zamanı İİV-ə yoluxduğu iddia edilib. Ona 1984-cü ilin dekabr ayında diaqnoz qoyulub və yalnız altı ay yaşamaq ehtimalının olduğu söylənilib. Həkimlər Uaytın digər şagirdlər üçün təhlükəli olmadığını və məktəbə qayıda biləcəyini bildirsələr də, Kokomoda yaşayan valideyn və müəllimlər onun məktəbə qayıtmasına etiraz etdilər. QİÇS-in tədqiqatlarında və tanınmasında əhəmiyyətli töhfələri olan Rayan məktəb sisteminə qarşı hüquqi mübarizə apardı. Elton Con, Maykl Cekson və Fil Donahyu kimi bir çox məşhurlarla birlikdə medianın qarşısına çıxdı, həkimlərin nəzərdə tutduğunun əksinə beş ildən çox yaşadı və 1990-cı ilin aprelində, məktəb məzuniyyətinə bir ay qalanda vəfat etdi.

İlk QİÇS simptonlarına homoseksuallarda rast gəlindiyi üçün Rayandan əvvəl bu xəstəliyin həmin cəmiyyət ilə birbaşa əlaqəli olduğu fikri olduqca populyar olub. Lakin Uayt ilə birgə bu düşüncə dəyişdi, İİV-ə yoluxmuş Mecik Conson, Rey qardaşları və Kimberli Berqalis kimi məşhurları da QİÇS-lə bağlı tədqiqatların aparılması və cəmiyyətin məlumatlandırılması üçün çalışmağa sövq etdi. Uaytın ölümündən qısa bir müddət sonra ABŞ Konqresi "Ryan White Care" qanununu hazırladı. İki dəfə təsdiq olunan bu qanun ABŞ-da QİÇS-lə yaşayan insanların ən böyük dəstəkçisi hesab olunur.

Rayan Cinni Eleyn Heyl və Hyuberta Ueyn Uaytın ailəsində, ABŞ-ın İndiana ştatının Kokomo şəhərində dünyaya gəlib. Hələ üç günlük ikən həkimlər ona kiçik bir yaralanma əsnasında belə qanın durmamasına yol açan X xromosoma bağlı irsi qan xəstəliyi olaraq adlandırılan ağır hemofiliya A diaqnozu qoyub. Müalicəsi üçün bədəninə həftəlik amil VIII preparatının yeridilməsi gərəkli idi. Məhz tətbiq olunan bu üsul səbəbindən QİÇS xəstəliyinin o dövrdə yayıldığı düşünülür.
Rayan uşaqlıqda olduqca sağlam olsa da, 1984-cü ilin dekabrında kəskin sətəlcəm olur. Bu xəstəliyin müalicəsi mərhələsində ona QİÇS diaqnozu qoyulub. Tibb dünyası o vaxt QİÇS haqqında çox az məlumata malik idilər. Alimlər həmin il HTVL-III adını verdikləri bir virus tapdılar və bu virus QİÇS-ə səbəb olan İİV idi.

Rayana amil VIII müalicəsi zamanı HTVL-III infeksiyasının ötürülməsinin düşünülməsinə baxmayaraq, bu iddia təsdiqini tapmadı. Həkimlər bu virusa qarşı necə test edəcəklərini bilmirdilər və eyni zamanda, donorlar virusun qanla yoluxduğunu düşünürdülər. 1979-84-cü illər arasında hemofiliya xəstələrinin 90%-dən çoxuna İİV-ə yoluxdurulduğu düşünülürdü. Aparılan tədqiqatlardan sonra Rayanın T hücrə sayı 25 olaraq (bu say sağlam insanlarda təxminən 500-1200 arasındadır) müəyyənləşdirilib və ona QİÇS diaqnozu qoyulub.

Rayan məktəbə qayıda bilməyəcək qədər xəstə olsa da, 1985-ci ilin əvvəllərində özünü daha yaxşı hiss etməyə başlyır. O, 30 iyun 1985-ci ildə məktəbə qayıtmaq istədiyini bildirdi, ancaq məktəb müdiri Ceyms Smit bu təklifi rədd etdi. Bu hadisə Rayan və ailəsi üçün səkkiz aylıq məhkəmə icraatının başlanğıcı oldu.
Russiavilledə bir çox valideyn Rayanın şəhərciyə girişini əngəlləmək üçün müqavimət göstərdi. 117 valideyn (məktəbdə cəmi 360 şagird vardı) və 50 müəllim Rayanın məktəbdən uzaqlaşdırılması üçün ərizə yazdı. QİÇS-lə bağlı məlumatın olmaması səbəbindən müdir və idarə heyəti digər şagirdlərin İİV/QİÇS olmaması üçün ərizələri münasib bildilər. Rayanın ailəsi bu qadağanı ləğv elətdirmək üçün ilk əvvəl İndianapolisdə yerləşən ABŞ Rayon Məhkəməsində iddia qaldırdı.Noyabrın 25-də İndiana Təhsil Departamenti və İndiana Sağlamlıq Şurasının verdiyi qərar tətbiq olundu və Rayanın məktəbə geri qayıtmasına icazə verildi.

1980-ci ildə İİV-nun hansı yollarla yoluxduğu hələ tam olaraq aydın deyildi. Alimlər virusun qanla yoluxduğunu bilirdilər, lakin hər hansı bir təsadüfi təmas yolu ilə keçə bilməzdi. 1983-cü ildə Amerika Tibb Dərnəyi "QİÇS-in ev əhalisinin yaxınlığı ilə yoluxa biləcəyi proqnozu" fikri ilə virusun asanlıqla yayıldığını düşünürdülər. QİÇS-lə yaşayan uşaqlara çox nadir rast gəlinirdi, Rayanın məktəbdən uzaqlaşdırıldığı vaxtda ABŞ Xəstəlik Nəzarət Mərkəzinin hesabatına görə, ABŞ-da 148 QİÇS-lə yaşayan uşaq var idi. Kokomoda bir çox ailələr Rayanın məktəbdə iştirakının qəbulolunmaz bir risk daşıdığına inanırdılar. 1986-cı ilin fevralında Rayanın məktəbə qayıtmasına icazə verilən bir gündə məktəbdə oxuyan 360 şagirddən 151-i məktəbə getmədi. Rayan qəzet paylayan kimi işlədiyi vaxtlarda virusun qəzet yoluyla yoluxacağını düşünən bir çox insan abunəliyini ləğv etdirdi.

San-Fransisko şəhərində QİÇS xəstələrinin müalicə edilməsində geniş təcrübəyə malik olan İndiana ştatının sağlamlıq komissarı Dr. Vudro Mayers və ABŞ Xəstəlik Nəzarət Mərkəzi Rayanın digər şagirdlərə təhlükə yaratmadığını söyləsə də, ancaq məktəb idarə heyəti və ailələr bu bəyanatı nəzərə almadılar. 1986-cı ilin fevralında "Yeni İngiltərə Tibb" jurnalı 101 nəfər üzərində apardıqları araşdırmanı açıqladı. Bu insanlar bir-birləri ilə cinsi əlaqə olmadan, üç ay ərzində qapalı bir mühitdə yaşadılar. İnsanlar diş fırçaları, ülgücləri, geyimləri, daraqları ortaqlı istifadə etdilər, hətta bu insanlar eyni yataqda yatıb, qucaqlaşıb və öpüşdülər. Eksperimentin nəticəsində infeksiyanın yoluxma riskinin imkansıza yaxın olduğu üzə çıxdı.

Rayan aprel ayında yenidən məktəbə qəbul edildiyində, bəzi ailələr uşaqlarını məktəbdən çıxarıb, başqa məktəbə göndərdilər. Rayan ciddi təhdidlər alırdı. Rayanın anası deyirdi ki, küçədə insanlar Rayana tez-tez "Biz sənin homoseksual olduğunu bilirik" deyə qışqırırdılar. Rayanı pul və redaksiya baxımından dəstəkləyən "Kokomo Tribune" qəzetinin redaktorlarını həm homoseksuallıqda günahlandırdılar, həm də öz məqsədləri üçün ölümlə hədələdilər. Digərləri isə ziddiyyətli vəziyyətlər üzərində dayanırdı; Rayanın mütləq homoseksual münasibət zamanı QİÇS olduğu və ya kiçik bir əlaqə ilə virusa yoluxduğu iddiasında idilər.
Rayan 1986-87-ci tədris ilində Qərb orta məktəbində 8-ci sinfə başladı, ancaq burada çox bədbəxt və tək idi. Məktəb yemək yeməsi üçün yalnız bir dəfə istifadə olunacaq qab və duş alması üçün vanna otağı ayırdı. Ancaq təhdidlər davam edirdi. Rayanın otağına silahlı basqın olandan sonra ailəsi Kokomodan ayrılmağa qərar verdi. Məktəbi bitirdikdən sonra ailəsi Siseroya köçərək və Rayanın adını İndiana şəhərində yerləşən Hamilton heights high məktəbinə yazdırdı. 1987-ci il avqustun 31-də QİÇS haqqında məlumatlı olan məktəb müdiri Toni Kuk, təhsil sisteminin rəhbəri Bob Karnal və bir neçə şagird Rayanı salamlayıb, əlini sıxdı.
Rayanın sindromunun qəzet və televiziyalarda yayılması onun "milli uşaq" olmasını təmin etdi. 1985-87-ci illərdə ABŞ mediasında QİÇS-lə bağlı olan xəbərlərin sayı iki dəfə artdı. Orta məktəbdən çıxan Rayanın sindromu və yaşadığı problemlər qəzet və televiziyalarda tez-tez ön plana çıxmağa başladı.

Rayan sindrom üçün ianə toplamağa və təhsil kampaniyaları təşkil etməyə başladı. Bu fəaliyyətləri onu QİÇS-in simvoluna çevirdi. Rayan bu xəstəliklə yaşayan uşaqlar üçün çoxsaylı yardım kampaniyalarına qoşuldu. Bir çox məşhur Rayan ilə birlikdə media qarşısına çıxdı. Rayan QİÇS-lə yaşayan və cəmiyyətdən təcrid olunmuş insanların sosiallaşmasına ömrünün qalan hissəsi boyunca kömək elədi. Müğənni Con Mellenkamp, Elton Con və Michael Jackson, aktyor Mett Fruer, dalğıc Qreq Luqanis, prezident Ronald Reyqan və həyat yoldaşı Nensi Reyqan, baş həkim Evertt Kup, İndiana Universitetinin basketbol məşqçisi Bob Nayt və basketbol oyunçusu Karim Abdul-Cabbar kimi şəxslər Rayan ilə dost oldular. Rayan da bir çox QİÇS-lə yaşayan uşaqlarla dost oldu.

1988-ci ildə prezident Reyqan QİÇS Komissiyasından əvvəl Rayan ilə danışdı. Rayan məktəbə qayıtmaq istədiyi ilk vaxtlarda qarşılaşdığı ayrı-seçkilikdən və həmçinin Siseronun qəsəbəsində çox gözəl qarşılanmağından danışdı. Rayan Kokomo və Siseroda QİÇS təhsilinin vacibliyini fərqli təcrübələrlə yaşadığını vurğuladı.

1990-cı ilin əvvəlində Rayanın sağlamlığı kəskin şəkildə pisləşdi. Sonuncu dəfə xalqın qarşısına çıxdıqda, Kaliforniyada keçmiş prezident Ronald Reyqan və birinci xanım Nensi Reyqan ona ev sahibliyi etdi. Sağlamlığının getdikcə pisləşməsinə baxmayaraq, Rayan Reyqana universitetə daxil olmaq istədiyini bildirdi.
Biz məktəbdən qovulmasına, evindən olmasına baxmayaraq, Rayanın qorxu və cəhalət qarşısında göstərdiyi uğura çox şey borcluyuq. QİÇS-lə birlikdə düşüncələrimizi və ürəklərimizi açdığı üçün ona çox şey borcluyuq. QİÇS-ə qarşı mərhəmətli, qayğıkeş və tolerant olmağı Rayana borcluyuq. Bu sindroma sahib olan insanlar qorxunc deyillər.

Rayan 1990-cı il martın 29-da məktəb məzuniyyətindən bir neçə ay əvvəl İndianapolisdə yerləşən Reyli Uşaq Xəstəxanasına tənəffüs yolu infeksiyası səbəbindən yerləşdirildi. Vəziyyəti daha da pisləşməyə başlamışdı. Xəstəxanada olarkən Elton Con onu ziyarət etdi. Rayanın yaxşı olması üçün minlərlə pərəstişkarı xəstəxanaya telefonla zəng edirdi. Rayan 1990-cı il aprelin 8-də vəfat etdi. İndianapolisdə "Meridian" küçəsində yerləşən "İkinci Previterian" kilsəsində dəfn mərasiminə 1500-dən çox adam qatıldı. Tabutu daşıyanlar arasında Elton Con, Amerika futbolçuları: Fil Donahyu, Hovi Lonq kimi şəxslər var idi. Elton Con “Skyline Pigeon” adlı mahnını Hemilton Hayts məktəb xorunun müşayiəti ilə səsləndirdi. Dəfndə Michael Jackson və birinci xanım Barbara Buş da iştirak etdi. Dəfn günü keçmiş prezident Ronald Reyqan Rayan hakkında "The Washington Post" qəzetinə müsahibə verdi. O, müsahibə zamanı söylədi ki, Rayanın QİÇS-ə qarşı apardığı mübarizə möhtəşəm idi və o, hər kəsin QİÇS-ə baxışını dəyişdirdi. Rayan anasının evinin də yerləşdiyi Siseroda dəfn olundu. Ölümündən bir müddət sonra məzarı vandallar tərəfindən dörd dəfə hədəf alındı. Vaxt keçdikcə Rayanın qəbri sevənləri üçün bir ibadətgah oldu.

Nəzrin Rüstəmova