Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-12 10:20:00
Təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsi üçün dövlət rüsumun məbləği açıqlandı

Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsi üçün dövlət rüsumu müəyyənləşib.

AzEdu.az xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir.

Qanuna yeni – 32-1-ci (Təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri) maddəsinə əsasən, məktəbəqədər təhsil müəssisələrinin, ümumi təhsil müəssisələrinin, məktəbdənkənar təhsil müəssisələrinin, peşə təhsili müəssisələrinin, orta ixtisas təhsili müəssisələrinin, ali təhsil müəssisələrinin, əlavə təhsil müəssisələrinin və təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrin akkreditasiyadan keçirilməsi üçün 20 manat dövlət rüsumu tutulacaq.

Qanunun 22-ci (Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri) maddəsinin 0.5.2-ci (ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) - 10 000 manat) bəndində dəqiqləşdirmə aparılıb. Belə ki, bu rüsum dövlət ümumi təhsil müəssisələrinə aid edilməyəcək.

Dəyişiklik layihəsi yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.