Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-11 18:00:00
Azərbaycan tələbələrinə pulsuz proqram təminatı əldə etmək imkanı yaradıldı

Azərbaycanın universitet tələbələri üçün proqram təminatlarının lisenziyalarını pulsuz olaraq əldə etmək imkanı yaradılıb.

Bu barədə AzEdu.az-a “Microsoft Azerbaijan” şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov deyib.

Onun sözlərinə görə, söhbət "Microsoft Windows" və "Office" proqram təminatlarının lisenziyalarını təmənnasız olaraq təqdim edilməsindən gedir.

“Lisenziyaları pulsuz əldə etmək üçün tələbələrə edulicense.az saytından qeydiyyatdan keçmək kifayətdir. Bir özəllik də ondan ibarətdir ki, tələbələr pulsuz lisenziyaları həm özləri, həm də öz ailə üzvləri üçün əldə edə bilərlər”, - deyə E. Axundov vurğulayıb.

E. Axundov onu da qeyd edib ki, ötən il “Microsoft Azerbaijan”la Təhsil Nazirliyi arasında imzalanan müqaviləyə əsasən, proqram təminatları lisenziyaların verilməsi mexanizmi eyni qaydada olaraq orta məktəb şagirdləri üçün də açıq elan edilib və yaxın gələcəkdə şagirdlərə imkan yaradılacaq ki, onlar da xüsusi sayt vasitəsi ilə qeydiyyatdan keçərək pulsuz proqram təminatını əldə edə bilsinlər.