Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-07 12:20:00
Prezident və xanımı Şamaxıda körpələr evi-uşaq bağçasının açılışını etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 7-də Heydər ƏliyevFondu tərəfindən həyata keçirilən “Məktəbəqədər təhsil proqramı” çərçivəsində Şamaxının Şəhriyar qəsəbəsində yeni inşa olunmuş 4 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

AzEdu.az xəbər verir ki, dövlət başçısı və birinci xanım körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsiblər.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.