Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-06 16:32:27
Peşə liseylərinin məzunları kolleclərə necə qəbul olunacaqlar? - Qaydalar  

Peşə liseyini cari ildə bitirən və buraxılış imtahanında iştirak edən lisey məzunları əlavə imtahan vermədən kolleclərə qəbul oluna və V qrup üzrə ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edə biləcəklər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Məlumatda qeyd olunur ki,peşə liseyini cari ildə bitirən və buraxılış imtahanında iştirak edən lisey məzunlar kolleclərin və V qrup üzrə ali təhsil müəssisələrinin müsabiqəsində 11-ci sinfi cari ildə bitirənlərlə eyni qaydada – buraxılış imtahanının nəticələri əsasında iştirak edirlər.

Əvvəlki ilin məzunları isə sözügedən müsabiqələrdə iştirak etmək üçün buraxılış imtahanı formatında əlavə imtahan verirlər.

Qeyd edək ki, 17 fevralda respublikanın 23 şəhər və rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirilib.

 

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları