Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-06 15:33:00
IELTS müəllimindən vacib xəbərdarlıq: “Bəzi kurslar müştərini bu cür aldadır”  

IELTS (International English Language Testing System)  -Beynəlxalq İngilis Dili İmtahanı Sistemi  deməkdir.

IELTS dünyanın ən məşhur İngilis dili imtahanıdır; Böyük Britaniya və Avstraliya universitetlərinə qəbul olmaq üçün yaradılıb.

IELTS-in nəticələri Avstraliya, Kanada, Yeni Zelandiya, Türkiyə, İngiltərə və Amerika Birləşmiş Ştatları kimi ölkələrdəki şirkətlər və universitetlər tərəfindən qəbul edilir.

Azərbaycanda da bu imtahanın nəticəsi kifayət qədər tanınmağa başlayıb. Artıq özəl qurumlarla yanaşı, dövlət müəssisələri də IELTS imtahanının nəticələrini tanıyırlar.

“IELTS təkcə tələbələrin dil biliyinin yoxlanılması deyil, həm də onların psixoloji imtahanıdır. Tələbələr hər iki həftədən bir, bir dəfə sınaq imtahanlarında iştirak edərək,  özlərini  psixoloji olaraq sınamalıdırlar”.

Bu sözləri AzEdu.az-açıqlamasında IELTS müəllimi Tofiq Hüseynli deyib. Onun sözlərinə görə, tələbələrin IELTS sınaq imtahanlarında topladıqları aşağı ballar onların  ruhdan düşməklərinə təkan yaratmamalıdır.

“Çünki, IELTS sınaq imtahanları rəsmi olaraq keçirilmir. Ən əsası odur ki, tələbə sınaq imtahanlarında qorxularına qalib gələrək,  özlərini psixoloji olaraq hazırlaya bilərlər”.

Tofiq Hüseynli IELTS imtahanında yüksək nəticə göstərmək istəyənlər üçün də tövsiyələrini bildirib:

“Tələbələr hazırlıq kurslarına və ya müəllim yanına hazırlaşmağa getdikləri zaman aldanmamaqları üçün tövsiyəm budur ki, çalışıb, öncədən çox şeyi araşdırsınlar. Yəni, tələbələr hazırlıq kursu və ya IELTS müəlliminin sosial şəbəkələrdə mövcud olan  səhifələrini izləsinlər. Eyni zamanda, müəllimlərin hazırladıqları tələbələrinin göstəricilərinə də diqqət etsinlər.   Çünki, ola bilər ki, müəllimin 2 tələbəsi  IELTS nəticəsini 7.5,digərləri isə 6.5 toplayıb.  Amma gənclər  diqqət etməlidir ki, müəllimlər hazırladıqları tələbəni nə qədər  müddətə və hansı səviyyədən başlayıblar. Onu da qeyd edim ki, əgər hazırlıq kurslarının və ya müəllimin  sosial şəbəkə hesabında  tələbələrinin göstəriciləri hamısı yüksək qeyd olunubsa, buna aldanmasınlar. Çünki, bəzi hazırlıq kursu  və müəllimlər sosial şəbəkə hesabında tələbələrin aşağı göstəricilərini paylaşmır. Əlavə olaraq bildirim ki, IELTS imtahanına tələbələr sərbəst  şəkildə də hazırlaşa bilərlər”.

Qeyd edək ki, IELTS imtahanını dünyanın 6000 ABŞ-ın isə 1400-dən çox universiteti və dövlət qurumları qəbul edir. İmtahanda iştirak edənlərə özlərini yenidən sınamaq imkanı da verilir. IELTS dünya üzrə dil səviyyəsinin müəyyənləşdirilməsində ən yüksək beynəlxalq nüfuza malikdir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları