Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-05 13:58:00
Professor: "BDU-nu 100 il ərzində 174.500 tələbə bitirib" 

“100 illik tarixi dövr ərzində BDU-nu 174.500 tələbə bitirib. Onların da 4200-ə qədəri əcnəbilərdir. Azərbaycanda elə dövlət qurumu yoxdur ki, orada BDU məzunu olmasın”

AzEdu.az xəbər verir ki, bu sözləri tarix elmləri doktoru, professor Anar İsgəndərov LDU-da keçirilən “Novruz müharizəsi” zamanı deyib. Onun sözlərinə görə, hələ o vaxt BDU-nun 50 illiyi ilə bağlı məruzənin Heydər Əliyev tərəfindən öz dilimizdə oxunması hamını təəccübləndirmişdi:

“BDU Azərbaycan tarixində təkcə təhsil ocağı deyil, eyni zamanda Azərbaycan xalqının taleyində önəmli yer tutan və bütün məsələlərdə hər zaman öncül və birinci olan ali təhsil müəssisəsidir.

100 illik tarixi dövr ərzində BDU-nu 17.4500 tələbə bitirib. Onların da 4200-ə qədəri əcnəbilərdir. Azərbaycanda elə dövlət qurumu yoxdur ki, orada BDU məzunu olmasın”.

Xatırladaq ki, martın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Lənkəran Dövlət Universitetində “Bakı Dövlət Universiteti-100: tarix və gələcəyin tandemi” mövzusunda ilk “Novruz mühazirəsi” keçirilir.