Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-05 12:16:00
10 minə yaxın abituriyent kolleclərə qəbul olunmaq üçün ərizəsini təsdiqlədi

Kolleclərə qəbul imtahanlarında iştirak etmək üçün ümumilikdə 9949 nəfər ərizəsini təsdiq edib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər. Məlumatda qeyd olunur ki, bu dəqiqələrə olan göstəricilərə əsasən, Azərbaycan bölməsi üzrə ərizəsini təsdiq edənlərin sayı 9671 nəfərdir. Bu say rus bölməsi üzrə 278 nəfər təşkil edir.

Qeyd edək ki, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2019-cu il fevralın 22-dən martın 11-dək internet vasitəsilə aparılır.