Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-06 15:19:16
Müəllimləri növbəti dəfə imtahana çəkəcəklər

Tədris ilinin sonunda dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirməsinin keçirilməsi nəzərdə tutulub.

Təhsil Nazirliyindən AzEdu.az-a bildiriblər ki, əvvəlki illərdə müxtəlif səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən müəllimlərlə yanaşı, nəticələrini yüksəltmək niyyətində olan müəllimlər də diaqnostik qiymətləndirmədə iştirak edə biləcəklər.

Qeyd edək ki, 2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140 minədək müəllim diaqnostik qiymətləndirmədən keçib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, diaqnostik qiymətləndirmədən keçən bütün müəllimlərin əməkhaqqı artırılıb.