Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-03 11:31:00
Kolleclərə sənəd qəbulu davam edir- 8528 nəfər ərizəsini təsdiqlədi

Kolleclərə qəbul imtahanlarında iştirak etmək üçün ümumilikdə 8528 nəfər ərizəsini təsdiq edib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər. Məlumatda qeyd olunur ki, bu dəqiqələrə olan göstəricilərə əsasən, Azərbaycan bölməsi üzrə ərizəsini təsdiq edənlərin sayı 8283 nəfərdir. Bu say rus bölməsi üzrə 245 nəfər təşkil edir.

Qeyd edək ki, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2019-cu il fevralın 22-dən martın 11-dək internet vasitəsilə aparılır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları