Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-03 12:32:00
4 diplomlu 51 yaşlı təqaüdçü tələbə: “Qarşıda hələ oxumaq üçün illərim var”

Türkiyənin İzmir vilayətində 2 bakalavr, 2 magistratura diplomuna sahib 51 yaşlı mühəndis, təqaüdçü Ender Atmaca 21 il öncə yarıda qoyduğu üçüncü ali təhsilini almaq üçün yenidən universitetə qayıdıb.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, 17 yaşındaykən İstanbul Texniki Universitetinin Kompüter mühəndisliyi fakültəsinə qəbul olunub. III kursda oxuyanda paralel olaraq metallurgiya mühəndisliyi fakültəsində də təhsil almaq imkanı qazanıb. Beləcə, 1992-ci ildə universitetdən 2 mühəndislik diplomuilə məzun olub. Sonradan iş həyatına başlasa da, 1994-cü ildə eyni universitetdə magistratura təhsilinə də başlayıb. Bu illərdə Mərmərə Universitetində də magistratura pilləsinə qəbul olunub. 1998-ci ildə İTU-dakı tam ali təhsilini başa vursa da, Mərmərə Universitetindəki magistratura təhsilini 1999-cu ildə müdafiə edib diplom alacağı ərəfədəykən yarımçıq qoyub.

Ender Atmacanın təhsil sevgisi ölkə sərhədlərini də aşıb. 2002-ci ildə ABŞ-da İllions Universitetindəki doktorantura təhsilini başa vurduqdan sonra bir müddət Amerikada kompüter istehsal edən şirkətdə çalışıb.

İllər sonra Türkiyəyə qayıdıb. Gərgin iş rejimi səbəbindən Mərmərə Universitetindəki təhsilini tamamlaya bilməyən Ender Atmaca 25 illik iş həyatından sonra təqaüdə çıxıb. Təqaüd yaşını dincəlmək deyil, təhsil almaq üçün fürsət bilib və İzmir Demokrasi Universitetində tələbəliyə başlayıb.

O, mediaya açıqlamasında iş həyatı boyunca təhsildən uzaqlaşmamağın vacibliyini qed edib. Evə qısılıb oturan insanların daha tez yaşlandığını düşünür:

““Artıq təqaüdçü olmusan, get evində dincəl”- deyənləri çox görürəm. Amma mən həyatım boyunca belə biri olmadım. Hələ qarşıda təhsil üçün illərim var. Bundan sonra doktorantura oxusam, universitetdə çalışa bilərəm. Öyrəndiklərimi tələbələrlə bölüşmək mənim ən böyük arzumdur”.

Ender Atmaca qeyd edir ki, yaş fərqinə görə ona “müəllim” deyən qrup yoldaşları iş, karyera ilə bağlı xeyli şeylər soruşur, təcrübsndən yararlanırlar.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları