Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-01 14:00:00
Əcnəbilər və vətəndaşlığı olmayanlar Azərbaycanda necə elmi dərəcə ala bilərlər? - Qaydalar

Doktorantura ali təhsil bazasında elmi və elmi-pedaqoji kadr hazırlığını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir.

Doktorantura təhsili ali təhsilin ən yüksək səviyyəsi olaraq ali təhsil müəssisələri və elmi təşkilatlarda həyata keçirilir.

Bu təhsil səviyyəsi müvafiq elmi dərə­cə­lərin (elm sahələri göstəril­məklə, fəlsəfə doktoru və elmlər doktoru) verilməsi ilə başa çatır.

AzEdu.az əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin doktorantura təhsili barədə ümumi məlumatı təqdim edir:

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin doktoranturada təhsili Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq mü­qa­vilə­lərə uy­ğun  hə­yata keçirilir. Təbii ki, bu, hüquqi və fiziki şəxslərin birbaşa bağ­la­dıq­­ları müqavilələrə əsaslanır.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dis­­­ser­tan­tlıq yolu ilə təhsili ödənişli əsaslarla aparılır. İllik təh­sil haqqı təhsilin xüsusiyyətlərinə uyğun olaraq ali təhsil müəssisələrinin və elmi təşkilatların tabe olduqları qurumlar tərəfindən müəyyən edilir.

Müstəsna hallarda ali təhsil müəssisələri və elmi təşkilatlar tabe olduqları qurumların razılığı əsasında ödənişsiz qəbul həyata keçirə bilərlər.

Xarici dövlətlərdə təhsil almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün ali təhsil haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti və diplomun tanınması haqqında şəhadətnamə təqdim edilməlidir.

Vacib qeyd: Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fəlsəfə doktoru üzrə doktoranturada və dissertantlıq yolu ilə təhsil müddətində  “Azərbaycan dili” fənnindən əlavə doktorluq im­ta­hanı verirlər.

Qeyd edək ki,  bu şəxslərin doktoranturaya qəbulu və dissertant təhkim olunması, eyni zamanda təhsili qanunvericiliyə uyğun olaraq həyata keçi­rilir.