Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-01 10:15:00
Bakıda tələbələr arasında kütləvi dava - Bıçaqlananlar var 

Binəqədi rayonunda 9 tələbənin iştirakı ilə dava düşüb. 

AzEdu.az ONA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq metrostansiyasının yaxınlığındakı parkda baş verib. 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin 9 nəfər ikinci kurs tələbəsi aralarında mübahisə edib. Mübahisə qanlı sonluqla bitib. Dava zamanı 1999-cu il təvəllüdlü Əliyev Zili Elman oğlu, 1999-cu il təvəllüdlü Vəlizadə Möhübbət Rüfət oğlu və 1999-cu il təvəllüdlü Zeynalov Abbas Mehdi oğlu bıçaqlanıb. 2000-ci il təvəllüdlü Rzayev Əhmədiyyə Vüqar oğlu isə döyülərək müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşları tərəfindən 4 nəfər saxlanılıb.

Qeyd edək ki, M.Vəlizadənin vəziyyəti ağırlaşıb. O, özəl xəstəxanaların birinə yerləşdirilib.