Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-27 14:13:00
Reyhan Camalovanın «elmi ortağı» - Zəhra - Onu hamı tanıyacaq - VİDEO

Zəhra Qasımzadəni yəqin ki, tanıyırsınız. O, ötən il rəfiqəsi Reyhan Camalova ilə birlikdə hazırladığı ilə gündəmə gəlmişdi.

AzEdu.az xəbər verir ki, hazırda Reyhanla birlikdə ölkəmizi Amerika Birləşmiş Ştatlarında təmsil edəcək.

Belə ki, “Sabahın alimləri” VIII Respublika müsabiqəsinə qatılan gənclərin layihəsi ən yaxşılardan biri olub və onlar may ayinda ABŞ-da keçiriləcək İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində ölkəmizi təmsil edəcək şagirdlər sırasındadılar.

Gənc ixtiraçı deyir ki, layihə xarici investorların diqqətindədir. Hazırda Zəhra və Reyhan yağış suyundan enerji istehsalını nəzərdə tutan ixtira etdikləri qurğu üzrəində təkmilləşdirmə işləri aparılar. Elmi tədqiqatlara erkən yaşlardan marağını olduğunu söyləyən Zəhra coğrafiya fənnini çox sevdiyini, əsasən elmi əsərlər oxuduğunu deyir.

Hazırda isə ali məktəbə hazırlaşan Zəhra təhsilini biznes üzrə alacağını hədəfləyib.