XƏBƏRLƏR

27.02.2019 10:28
Magistratura imtahanlarının Respublika birincisi:”Nahara da çıxmayıb, hazırlaşırdım”  

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələri və AMEA-nın magistraturalarına fevralın 24-də keçirilən qəbul imtahanının birinci mərhələsinin nəticələrini elan edib.

Nəticələrə əsasən, Respublika üzrə ən yüksək bal (97) toplayan Bakı Dövlət Universitetinin bakalavriatura məzunu Rəhman Mustafayevdir.

R.Mustafayev 2012-2016-cı illərdə BDU-nun Kompüter elmləri ixtisasında təhsil alıb. Məzun olduğu il magistraturaya qəbul imtahanlarında iştirak edərək, qəbul olunsa da, universitetdən xaric olunub.

Gəlin, Respublika birincisini öz dilindən tanıyaq:

“Açığı bu il ilk dəfə 100 bal yığılacağını düşünürdüm. İmtahanın çətin, gərgin şəraitdə keçdiyini deyə bilmərəm.

Fikrimcə, suallar normal səviyyədə idi və imtahandan çıxanda müəllimlərimlə imtahanı müzakirə edəndə açığı mənim belə sakit tərzdə cavab verməyimə təəccüblənmişdilər.

2012-ci ildə Bakı Dövlət Universitetinin kompüter elmləri ixtisasına qəbul olunmuşam və 2016-ci ildə məzun olmuşam. Elə həmin il də magistraturaya qəbul imtahanı verib, BDU-ya qəbul olmuşdum, ancaq bəzi şəxsi səbəblərə görə, təhsilimi yarımçıq qoymalı oldum və nəticədə qaiblərim çox olduğu üçün universitetdən xaric olundum.

Həmin il magistraturaya imtahan verən zaman kursa getmədən, I mərhələdə 73 bal toplamışdım. Universitetdən xaric olunmağıma baxmayaraq, tyutor məlumat vermişdi ki, istənilən vaxt ödənişli əsaslarla təhsilimi BDU-da davam etdirə bilərəm. Amma yenidən magistraturaya qəbul imtahanı verməyi qərara aldım. Bu dəfə qrup yoldaşım Bahar, işlədiyi Master N: 1 kurslarını məsləhət gördü və mən də ilk dəfə olaraq kursla hazırlaşmağa başladım. Hazırlıq prosesi çox çətin olurdu: saat 18-00-a qədər işdə olurdum, ondan sonra saat 19-da kursa gəlməli olurdum”.

R.Mustafayev hazırda “STDC” LLC- də proqramçı vəzifəsində işləyir. O, deyir ki, kursdan saat 9-un yarısı çıxıb evə gələndən sonra tapşırıqları həll etmək yorucu olurdu. Keçirilən dərsləri təkrar etmək üçün həmişə vaxtıolmadığına görə, kursda keçirilən sınaqlarda yüksək nəticə göstərə bilmirmiş:

“Yanvardan etibarən, proqramı tamamilə bitirdik, sonra ancaq test işləyirdik və dərslər 10-nun yarısına qədər davam edirdi. O aralar ən əziyyətli günlər kimi yadımda qalıb.

Artıq fiziki olaraq çatdırmaq çətin idi: işdə də zehni işlə məşğul olduğum üçün həm işdə, həm də kursda məhsuldarlığım azalırdı. İmtahan gününə iki həftə qalmış bir az dincəlmək qərarına gəldim və qarşıma məqsəd qoydum ki, son bir həftəni bacardığım qədər imtahana hazırlaşacağam. Ona görə,ilk dəfə şöbə müdirindən xahiş etdim ki, mənəicazə versin, o da mənim xahişimi nəzərə alaraq, icazə verdi.

Həmin bir həftə nahar fasiləsinə belə ayrılmadan oxumağa və keçilənləri təkrarlamağa başladım. O ərəfədə müəllimlər məndən birincilik gözləməsələr də, yaxşı nəticə göstərə biləcəyimə inanırdılar və bütün müəllimlər-informatika, ingilis dili və məntiq müəllimlərim- mənə kömək oldular”.

Rəhman Mustafayev deyir ki, imtahandan çıxandan sonra nəticəmin yüksək olacağına inanırdım. Onun sözlərinə görə, I olmaq məqsədim olmasa da, müəllimlərimin əziyyətinə görə, istəyərdim.

“Kursumuz birinci il idi fəaliyyət göstərirdi və bu, Respublika birinciliyi üçün çox yaxşı nəticə sayıla bilərdi. Ümumiyyətlə, onu demək istərdim ki, keçirilən dərslərin yüksək səviyyədə olması ilə yanaşı dərslərdə çox gözəl aura olurdu. Müəllimlərin öz tələbələrinə inanması bizim üçün ən böyük motivasiya idi. Nəticədə, Allahın köməkliyi ilə birinci oldum. Elədiyim səhvlər isə məntiqdəntərəzilər haqqında olan sual idi. Səhv yazdığımı bilirdim, çünki həllivaxtımı çox almışdı. Məntiqə aid digər suallara isə doğru cavab verdiyimdən əmin idim. Ola bilər,cavab kartında səhv işarələmişəm.İnformatika isə işimlə əlaqəli olduğu üçün çox da problem yaşatmadı. İngilis dilindən də yazdığım cavablara əmin idim, lakin təəssüf ki, bir səhvim çıxdı”.

İlin gənc müəllimi-Müraciət formu