Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-26 10:00:00
“Srebrenitsa anaları” ilə Xocalı qurbanlarının göz yaşı qohumluğu – Oxşar ağrı haqqında video  

İki gün öncə Milli Məclisin deputatı, Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev və Parlament Jurnalistləri Birliyinin təşəbbüsü ilə "Srebrenitsa Anaları" Hərəkatının rəhbəri və üzvləri Xocalı soyqırımının ildönümü münasibətilə paytaxtımızda oldular.

1995-ci il faciəsində bütün yaxınlarını itirən anaların Xocalı soyqırımının dəhşətləri haqqında eşitdikcə, gözlərindəki və ruhundakı ağrının nə dərəcədə oxşar olduğunun fərqinə varırdılar

Bu, əslində, göz yaşı içində görüş idi. Balasız analar, anasız balalarla illərdir, öz ruhlarını, ürəklərini qoyduqları bir məkanda – Göz yaşının içərisində görüşdülər.

Onları Bakıda görüşdükləri insanlarla–şəhid ailələri, övladları, Xocalı soyqırımında hər iki valideynini itirən “25”lərlə də qan deyil, göz yaşı qohumluğu birləşdirirdi.

Sən demə, göz yaşı qohumluğu insanları bir-birinə qan qohumluğundan da daha sıx birləşdirirmiş....

AzEdu.az “Serebrenitsa anaları”nın Bakı səfəri və görüşləri ilə bağlı hazırladığı video materialı təqdim edir:

Qeyd  edək ki, bütün işlər “Xocalıya ədalət”  kampaniyası çərçivəsində həyəta keçirilib: