Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-24 15:39:00
"Magistratura imtahanındakı suallar qəbul proqramına tam uyğun idi" -Təlimçi

"Magistraturaya qəbul imtahanının I mərhələsində  Məntiq və İnformatikadan suallar modellərə və qəbul proqramına uyğun salınıb. İngilis dilindən isə hələ ki tam məlumat yoxdur"

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Məntiq-informatika  müəllimi, magistratura pilləsi üzrə təlimçi  Rəşadət Şərifov deyib. Onun sözlərinə görə, suallar orta səviyyədə olub və imtahan normal keçib:

“Məntiq və İnformatikadan suallar modellərə və qəbul proqramına uyğun salınıb. İngilis dilindən isə hələ ki tam məlumat yoxdur. Suallara nəzər salanda tələbələrimin  gözlədiyimdən də yüksək nəticə göstərəcəklərini anladım”.

Qeyd edək ki, bu gün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına  qəbul imtahanının birinci mərhələsi keçirilib. İmtahan bütün binalarda eyni vaxtda saat 13:00-da başlayıb və 2 saat 30 dəqiqə davam edib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları