Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-24 14:14:00
Şagirdin məhsuldar bazar günü - Psixoloqların resepti

Məlum olduğu kimi şagirdlər həftə içi günlərinin böyük qismini dərsdə keçirirlər.

Psixoloqlar, bu səbəbdən həftədə ən az bir dəfə istirahətə vaxt ayırmağın önəmli olduğunu vurğulayırlar.

AzEdu.az xarici KİV-lərə istinadən,məhsuldar bazar günü keçirmək üçün psixoloqların tövsiyələrini təqdim edir:

  1. Səhər yeməyinə xüsusi önəm verin. Övladınız həftə boyu dərs yükünün ağırlığından və gərgin rejimdən əziyyət çəkir. Stressdən uzaq, heç yerə tələsmədən, onunla birlikdə yeyəcəyiniz səhər yeməyi gününüzün gözəl keçməsinə şərait yaradacaq.
  2. Övladınızla birlikdə musiqi dinləyin. Səhər yeməyinizi yeyəndə və ya günün istənilən saatında dinləyəcəyiniz musiqi enerjinizə enerji qatacaq.
  3. Övladınızın dərslərdən mümkün qədər uzaq durmasına çalışın. Məhsuldar istirahəti təmin etmək üçün ilk növbədə beyin dincəlməli və dərs yükündən azad olmalıdır.
  4. Uşaqlarınızı açıq havada gəzdirin və onlarla vaxt keçirin. Açıq hava övladınızın dincəlməsinə və gələn həftə dərslərinə daha məsuliyyətli yanaşmasına şərait yaradacaq.
Nəzrin Rüstəmova
Müəllifin digər yazıları