Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-24 12:12:00
Rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün 880 nəfər ərizəsini təsdiqlədi

Rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün bu dəqiqələrə olan göstəricilərə əsasən, 880 nəfər ərizəsini təsdiqləyib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

Məlumatda qeyd olunur ki, Azərbaycan bölməsi üzrə ərizəsini təsdiq edənlərin sayı 759 nəfərdir. Bu say rus bölməsi üzrə 121 nəfər təşkil edir.

Qeyd edək ki, namizədlər 28 fevral saat 23:59-dək ərizələrini təsdiq edə bilərlər.

Rezidenturaya qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizədlər ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra  “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə qeyd olunan vaxtədək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov ) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Ərizəsini təsdiq etməyən namizədlər imtahana buraxılmır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları