Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-24 11:36:00
Magistr olmaq istəyənlərin sayı bu qədər artıb - RƏSMİ RƏQƏMLƏR

Ötən illə müqayisədə magistratura imtahanlarında iştirak etmək üçün sənəd verənlərin sayı 298 nəfər artıb.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, 2018-ci ildə magistratura imtahanlarının I mərhələsində iştirak etmək üçün 12.387 nəfər ərizəsini təsdiqləmişdisə, bu il üzrə göstərici 12.685 nəfər təşkil edib.

2019-cu ildə ərizə təqdim edənlərdən oğlanların sayında 187, qızların sayında 111 nəfər artım müşahidə olunur. 

Ümumilikdə isə hər iki il üzrə imtahanda iştirak etmək istəyənlərin arasında qızların sayı üstünlük təşkil edir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları