Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-24 10:14:00
Buraxılış imtahanlarına Azərbaycan dilindən dinləmə mətni əlavə olunacaq? -RƏSMİ

Bu il buraxılış imtahanlarında Azərbaycan dili üzrə dinləmə mətnindən istifadə olunmayacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib. Verilən məlumata görə, yayılan fikirlər həqiqəti əks etdirmir. Lakin adıçəkilən fənn üzrə gələcəkdə dinləmə mətnlərindən istifadə oluna bilər.

Qeyd edək ki, sosial şəbəkələrdə DİM-in nəşr etdirdiyi vəsaitdə Azərbaycan dilindən dinləmə mətnlərinin olduğuna və bu il buraxılış imtahanlarında bu mətnlərdən istifadə olunacağına dair xəbərlər yayılıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları