Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-23 10:56:00
Xaricdəki tələbələr Xocalı faciəsi ilə bağlı yürüş təşkil etdi

23 fevral tarixində yerli vaxtla saat 14:00-da Belçikanın paytaxtı Brüssel şəhərində Xocalı faciəsinin ildönümü ilə bağlı tələbələrin yürüşü keçiriləcək.

AzEdu.az-a açıqlama verən Macarıstanın Szeged Universitetinin tələbəsi həmyerlimiz İbad Bayramov bildirib ki, Brüssel şəhərində keçirilən yürüşdə digər Avropa ölkələrində təhsil alan azərbaycanlılar da qatılacaq:

“Bundan əlavə, 26 fevralda  Macarıstanın Szeged şəhərində Xocalı faciəsi ilə bağlı dinc yürüş etməyi planlamışıq. Ümumiyyətlə, Xocalı həqiqətlərini dünyaya çatdıraraq beynəlxalq aləmdə daha da tanıtmaq hər bir azərbaycanlının vəzifəsidir”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları