Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-23 10:36:00
Uşaqlara məqsədli olmağı öyrədən OYUN - Valideynlər üçün faydalı

Oyunlar uşaqların psixoloji inkişafında əsaslı yer tutur.

Onlar oyun vasitəsilə bir-birləri ilə ünsiyyətə girir, yeni dostlar qazanırlar. Həmçinin, başqalarına hörmət etmək, səbirli davranmaq, liderlik və s. bu kimi xüsusiyyətləri də əldə edirlər. Oyun fiziki, sosial, psixoloji və emosional tərəfdən uşağa təsir edir və inkişaf etməsində böyük rol oynayır.

Eyni zamanda, oyunun köməyi ilə uşaqlarda diqqət, qavrayış, hafizə, təfəkkür və təxəyyülün inkişafı üçün əlverişli şərait yaranır. Bəzi oyunlar isə sırf uşaqların zehni inkişafını təmin edir.

AzEdu.az maraqlı oyunlardan birini nəzərinizə çatdırır:

"İsti-soyuq" oyunu

Uyğun yaş dövrü: 4 yaş və daha yuxarı.

İştirakçı sayı: 2 nəfərdən çox

Oynamaq üçün lazım olan vəsaitlər: Gizlədilə biləcək ölçüdə hansısa bir əşya

Oyun necə oynanılır?

Oyunçular arasından bir şərhçi seçilərək qabağa çıxarılar. Gizləmək üçün kiçik ölçülü bir əşya seçilir. Əyləşən iştirakçılar həmin əşyanı gizlədər və şərhçi axtarmağa başlayar. Şərhçinin oyundakı vəzifəsi həmin gizlədilən əşyanı tapmaqdır. Şərhçi gizlədilən əşyaya yaxınlaşdıqca, digər uşaqlar “isti”, uzaqlaşdıqca isə “soyuq” deyərək ona istiqamət verməlidirlər. Gizlədilən əşyanı tapan şərhçi əyləşən oyunçulardan istənilən birini öz yerinə şərhçi qoya bilər. Yaşı çox olan uşaqlarla oynanıldığı halda gizlədilən əşyaların sayı artırıla bilər.

Nəticə: Bu oyun, nəticə əldə etmək üçün (qoyduqları məqsədə çatmaq) uşaqları həvəsləndirir və diqqət bacarıqlarını inkişaf etdirir