Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-22 15:03:00
Əvvəlki illərin məzunları kolleclərə necə sənəd verəcək? - RƏSMİ  

Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün kolleclərə sənəd qəbulu elan edib.

Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2019-cu il fevralın 22-dən martın 11-dək internet vasitəsilə aparılır.

Bəs ümumi (9 illik) orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və ya ümumi orta təhsil səviyyəsini Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər necə imtahan verəcəklər?

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, sözügedən abituriyentlər müsabiqədə iştirak etmək üçün Azərbaycan dili, Rus dili, Riyaziyyat və Xarici dil fənlərindən qəbul imtahanı verirlər.

Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər.

Xatırladaq ki, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2019-cu il fevralın 22-dən martın 11-dək internet vasitəsilə aparılır. Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə saat 10.00-dan etibarən Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları