Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-22 12:30:00
Kolleclərə sənəd verənlərin nəzərinə - “Abituriyentin elektron ərizəsi” bu cür doldurulur  

Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün kolleclərə sənəd qəbulu elan edib.

Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2019-cu il fevralın 22-dən martın 11-dək internet vasitəsilə aparılır.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra oradakı istifadəçi adı və parolundan istifadə etməklə, saat 10.00-dan etibarən, Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən, “Abituriyentin elektron ərizəsi”nin doldurulma qaydasını təqdim edir:

Şəxsi məlumatlar hissəsi:

1-9 bəndlərdə heç bir dəyişikliyə icazə verilmir;

10-ci bənddə abituriyent “Şəxsi kabinet”ində qeyd etdiyi faktiki yaşadığı məntəqə təsvir olunur. Bu bənddə abituriyent heç bir əməliyyat aparmır;

11-ci bənddin mobil telefon hissəsində bakalavrın “Şəxsi kabinet”ində qeyd etdiyi mobil telefonu təsvir olunur. Bu hissədə bakalavr heç bir əməliyyat aparmır. Bu bəndin digər hissəsində isə əlaqə telefonunun aid olduğu şəhərlərarası (operator) kodunu siyahıdan seçir, telefon nömrəsini müvafiq sahəyə daxil edir;

Ümumi orta təhsil (9 illik) haqqında məlumatlar hissəsi:

12-ci bənddə bitirdiyi (bitirəcəyi) ümumi orta təhsil müəssisəsinin yerləşdiyi yaşayış məntəqəsinin adını, sonra isə həmin təhsil müəssisəsinin adını siyahıdan seçir;

13-cü bənddə ümumi orta təhsil müəssisəsini bitirdiyi (bitirəcəyi) ili daxil edir;

14-cü bənddə təhsil haqqında şəhadətnamənin seriyasını siyahıdan seçir, nömrəsini və verilmə tarixini müvafiq sahələrə daxil edir;

15-ci bənddə şahadətnamə üzrə qiymətləri müvafiq sahələrdə qeyd edir.

Qeyd: DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatlar yetərli olduqda, o, elektron ərizənin 12-15 bəndlərinə məlumat daxil etmir. Ümumi orta təhsil (9 illik) müəssisəsini cari ildə bitirəcək  abituriyent 14-cü və 15-ci bəndlərə heç bir məlumat daxil etmirlər.

Təhsil haqqında məlumatlar hissəsi:

16-cı bənddə bitirdiyi (bitirəcəyi) təhsil səviyyəsini (pilləsini) siyahıdan seçir;

17-ci bənddə bitirdiyi (bitirəcəyi) təhsil müəssisəsinin yerləşdiyi yaşayış məntəqəsinin adını (16-cı bənddə seçilən təhsil sıviyyəsindən (pilləsindən) asılı olaraq), sonra isə həmin təhsil müəssisəsinin adını siyahıdan seçir. 16-cı bənddə orta ixtisas təhsilini seçən abituriyentlər orta ixtisas təhsilinin ödəniş formasını (“Orta ixtisas təhsilini dövlət hesabına almışam ”  və ya  “Orta ixtisas təhsilini ödənişli əsaslarla almışam” )  seçir;

18-ci bənddə təhsil müəssisəsini bitirdiyi (bitirəcəyi) ili daxil edir.

Qeyd:Ümumi orta təhsil (9 illik) müəssisəsini 2013-cü ildə və ya sonrakı  ildə bitirən abituriyent elektron ərizənin bu hissəsinə heç bir məlumat daxil etmir.

Test imtahanı haqqında məlumatlar hissəsi:

19-cu bənddə test imtahanı verəcəyi dili (Azərbaycan və ya rus) seçir.

Abituriyent elektron ərizənin təsdiqi mərhələsində:

Elektron ərizənin təsdiq olunması DİM-nin məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla aparılır (ərizə təsdiqlənənədək proqram elektron ərizənin hansı üsulla təsdiq oluna bilməsi haqqında məlumatı ekranda göstərir):

Azərbaycan Respublikasının ümumi təhsili müəssisələrinin 9-cu sinfini 2013-cü ildə və sonrakı ildə bitirənlər elektron ərizələrini Sənəd Qəbulu Komissyalarına müraciət etmədən müəyyən edilmiş müddətdə “Ərizəni təsdiq et”düyməsini basmaqla özləri təsdiq edirlər:

Digər abituriyentlər elektron ərizələrini təsdiq etdirmək üçün müəyyən edilmiş müddətdə sənədlərini müvafiq Sənəd Qəbulu Komissiyasına təqdim edirlər.

Təsdiqlənmiş ərizədə yalnız DİM-nə yazılı şəkildə müraciət etməklə düzəlişlər aparmaq mümkündür.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları