Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-22 10:45:00
“Məktəblərdə seksual tərbiyənin savadlı şəkildə öyrənilməsi yaxşı olardı” - Psixoloq  

“İnsan beyninin qavrama gücü var. Bundan artıq yüklənmə olanda yorğunluq, halsızlıq, yuxusuzluq, hətta psixi problemlər yaranır”.

AzEdu.az xəbər verir ki, bunu Modern.az-a müsahibəsi zamanı psixoloq Gülnara İnanc deyib.

O vurğulayıb ki, indiki uşaqlar informasiyalıdır, amma bu, o demək deyil ki, onların şüuru genişlənib:

“Fikir verirsinizsə, uşaqlar arasında oxumağa meyl azalıb. Bilgisizlik bir dəbə çevrilib. Dərsliklərdə qoyulan mövzularla bağlı da şikayətlərə rast gəlirəm. Dərsliklərdə normal olmayan mətnlərin olduğunu bildirirlər. Dərslikləri hazırlayanda, psixoloqlarla, psixiatrlarla işlənilirmi ki, uşaqların beyni nələri qavraya bilər, nələri yox?!

Bu sahəni araşdırmamışam. Lakin onu bilirəm ki, dərsliklərin hazırlanmasına psixoloqların, psixiatrların cəlb olunması çox vacib məsələdir”.

Gülnara İnanc onuda vurğulayıb ki, seksual tərbiyə bu gün üçün Azərbaycan məktəblərində çox vacibdir:

“Qərbin bəzi cizgi filmlərində erkən seksual inkişaf üçün tendensiyalar görmək mümkündür. Yəni dediyimiz odur ki, onsuz da uşaq seksual həyatı kimdənsə öyrənəcək. Ona görə də, məktəblərdə savadlı şəkildə öyrənməsi yaxşı olardı. Uşaqlar qarşı cinslə necə münasibət qurmağı indidən bilməlidir. Bu yanaşmanı Qərbdəki kimi bizdə tətbiq etmək çox çətindir. Amma biz tətbiq etmədikcə, əvəzimizdə bunu cizgi filmləri, virtual oyunlar edəcək. Uşaqlar üçün barbi cizgi filmlərində erotik səhnələr ortaya atırlar. Düzdür, birbaşa erotik səhnə deyil, bunu səslərlə, hərəkətlərlə büruzə verirlər. Təəssüf ki, cizgi filmini yazanların bir çoxunun psixi pozuntusu olub. Məsələn, "Simpsonlar" cizgi filmini yaradanlar. Onların arasındakı gizli pedofillərin olması da mümkündür. İnsanın şüuraltısı ağlasığmaz informasiyalar daşıyır. Vaxtilə bu haqda yazı da yazmışdım...”